Şölədən yepyeni xəbərlər (Fotolar)

Dekabrın əvvəllərində müğənni, dostu Səməd İsmayılzadə ilə ikinci fotosessiyaya çəkilib.

This is default featured post 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured post 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured post 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured post 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Monday, December 17, 2012

Şölədən yepyeni xəbərlər (Fotolar)

Şölə Səfərliyevadan təzə xəbərlər var. Dekabrın əvvəllərində müğənni, dostu Səməd İsmayılzadə ilə ikinci fotosessiyaya çəkilib. Müğənninin ciddi, sərt obrazda canlandırıldığı fotolara aşağıda baxa bilərsiniz.
Bundan başqa Səfərəliyeva, ötən həftə 10-a qədər say mahnısını da yazdırıb. Mahnı RnB janrındadır, söz və musiqisi Yunis Əliyevə məxsusdur. Bu ifaya klip də çəkdirən müğənni, yaxın vaxtlarda tamaşaçılarını sevindirəcək.

Saturday, November 3, 2012

Şölə yenə Xaçmazdadır

Şölə Səfərəliyeva yenə Xaçmazdadır. Müğənni RTV kanalında çəkilişlərdə iştirak üçün şimal bölgəsinə gedib.
O həmçinin canlı efirdə də qonaq qismində iştirak edəcək.
RTV-ni internetdən canlı olaraq izləmək üçün aşağıdakı keçidə daxil olun.

(Regional TV Canlı)

Friday, September 28, 2012

Şölə İTV-nin qonağı olacaq

Şölə Səfərəliyeva sabah, saat 10:00-dan etibarən İctima TV-nin qonağı olacaq. Bu barədə müğənni, özünün facebook profilndə yazıb.
İTV-ni canlı olaraq izləmək üçün, www.it.az saytına daxil olun.

Wednesday, August 29, 2012

Bu gün Şölə Səfərəliyevanın doğum günüdür. [Hədiyyə klip]

Bu gün Şölə Səfərəliyevanın doğum günüdür. Müğənnini təbrik edir,ona yaradıcılıq nəaliyyətləri diləyir və şəxsi həyatında uğur arzulayırıq.
____
Gənc müğənni Şölə Səfərəliyeva “Xəbəri yox” mahnısına klip çəkdirib.
Dostlarından klip hədiyyə almağa alışan və bu gün ad gününü qeyd edən müğənniyə bu klip də rejissor Elnur Axundovtərəfindən hədiyyə olunub.

Tuesday, August 28, 2012

Şölə daha bir klipini təqdim etməyə hazırlaşır

Şölə Səfərəliyeva, daha bir mahnısına klip çəkdirib. Söhbət yenicə işıq üzü görmüş "Ola bilməz" mahnısına çəkilmiş klipdən gedir. Mahnı və klip "Temp Production" tərəfindən ərsəyə gətirilib. Müğənni mahnıya dəlisov bir klip çəkdiklərini bildirib. Ekran əsərində baş rolu, "avropa.az" radiosunun xanım dj-i Ləman Ayxan canlandırıb. Klipin tezliklə təqdim ediləcəyi gözlənilir.

Friday, August 17, 2012

Şölə Səfərəliyeva: "Bizim ölkə insanının düşüncəsi buna hazır deyil"

"Qaya" qrupunun solisti, müğənni Şölə Səfərəliyeva tanınmış prodüser Tolikin fikirlərini müsbət qarşılayıb. Publika.Az-a danışan müğənni prodüserin fikirlərinə əsaslanaraq, şou-biznesə qatılmaq istəyən müğənnilər haqqında danışıb:
"Tolik bu yaxınlarda televiziya verilişlərinin birində müğənnilərin utanmasıyla, abır-həyasıyla bağlı çox yaxşı danışdı. Düz deyir, biz şou-biznesə qatılmaq istəyiriksə, qətiyyən nə utanmalıyıq, nə də kompleksi olan şəxslərdən olmalıyıq. Sadəcə bizim ölkənin düşüncəsi buna hazır deyil. Küçədə mini ətəkli yubka geyinən qız gəzirsə, kişilərlə yanaşı, qadınlar da ona baxacaq. Hamının diqqəti qızda olacaq. Bu düşüncəylə biz heç vaxt səhnədə həmin vəziyyətdə çıxış edə bilmərik”.
- Fuad Mədətov

Wednesday, August 15, 2012

Şölə doğum günündə yeni klipini hədiyyə edəcək [Video]

“Qaya” Dövlət ansamblında solist olmaqla yanaşı, həm də solo fəaliyyət göstərən gənc vokalçı Şölə Səfərəlieva Azərbaycanin milli qəhrəmanları Çingiz Mustafayevin və Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş klipi təqdim edəcək. Bu ifaçının və onun tərəf müqabillərinin doğum gününə təsadüf edəcək. Gənc müğənni repertuarında yer alan “Ola bilməz” mahnısına da klip çəkdirməyə hazırlaşır. 

Monday, July 30, 2012

Şölə yaradıcılığında daha bir ilkə imza atdı [Fotolar]

Son zamanlar başı aparıcılığa qarışan Şölə,nəhayət ki yaradıcılığı üçün bir ilkə imza atmağa zaman tapdı. Söhbət Xəzərin sahilində yerləşən  "Sea Breeze" oteldə,açıq meydanda, 5 musiqiçinin müşaiyəti ilə keçirilən, mini konsertdən gedir.
Bu çıxış Şölə Səfərəliyevanın yaradıcılığı ərzində, ən böyük solo çıxış kimi də əlamətdar olub. Gecə boyu canlı ifada klassik musiqilər,caz,xarici estrada nümunələri səsləndirilib. Şöləyə dəstək olmaq üçün, tanınmış müğənni Nura Surinin də mahnılar ifa etməsi,gecəyə əlavə rəng qatıb.

Monday, July 23, 2012

Şölə artıq VJ Star qismində tamaşaçıların qarşısındadır

Müğənniliklə kifayətlənməyib,özünü əksər sahələrdə sınaqdan keçirmiş Şölə,indi də efirdən sizi salamlayır. Özü də qonaq kimi yox, VJ Star qismində. İyulun 9-dan fəaliyyətə başlayan gənclərin kanalı "Chat Box"da (Çat Boks) Şölə Səfərəliyevanı da izləmək şansınız var. O artıq həm də, tv aparıcıdır. Şölədən aldığımız məlumata görə, efiri kabel tv istifadəçiləri izləyə bilər. Şölənin efir vaxtlarını sizin nəzərinizə çatdırırıq. Verilişi yaxın günlərdə internet vasitəsiylə də izləyə biləcəksiniz. www.chatbox.az

Sunday, July 8, 2012

Şölədən 2 yeni kover [Canlı ifa]

Şölə Səfərəliyevanın ifasında,müxtəlif janrlarda mahnılar eşitmisiz. Bu gün sizə, 1 iyul tarixində partilərin birində canlı ifa edilmiş iki musiqi parçasını təqdim edəcəyik.
İlk kover Lui Armstronqdandır. Mahnı "What a wonderful world" adlanır.
İkinci kover isə, məşhur italyan qrupu olan Ricchi e Poverdən "Come vorrei" mahnısıdır.
Hər iki kover caz musiqi janrındadır.

Wednesday, July 4, 2012

Şölə Səfərəliyeva "Solo" verilişində qonaq oldu [Video]

Şölə Səfərəliyeva 4 iyul tarixində Lider TV-də Murad Arifin təqdimatında yayımlanan Solo verilişinin qonağı olub. Veriliş saat 13:30-14:00 arası yayımlanıb.
Murad Arif Şöləyə saç düzümü və digər mövzularda suallar ünvanlayıb. Şölə bu sualları cavablamaqla bərabər, repertuarından bəzi mahnıları da ifa edib.
Verilişdən bəzi fraqmentləri sizə təqdim edirik.

Tuesday, July 3, 2012

Şölə Müəllimlər İnsititutunda keçirilən "Məzun Günü"ndə iştirak edib [Foto]

Azərbaycan Müəllimlər İnstitunda “Məzun günü” keçirildi. Tədbirdə institutun rəhbərliyi, tələbə-məzunlar, təhsil nazirinin müavini Qulu Novruzov, Nərimanov Rayon İcra Hakimiyəti başçısının birinci müavini Şahmar İbadov, YAP Nərimanov rayon təşkilatının sədri Təhmiraz Tağıyev iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan institutun rektoru, millət vəkili Aqiyə Naxçıvanlı məzunları təbrik edib və onlara uğurlar arzulayıb. 

Sunday, July 1, 2012

Şölə Muz TV-yə "Xəbəri yox" klipinin çəkilişindən danışdı [Video]

Şölə Səfərəliyevanın yeni klip çəkdirdiyi barədə sizə məlumat vermişdik. Müğənni çəkiliş prosesinin gedişatı və digər məsələlər haqda, Muz TV-yə verdiyi müsahibə zamanı danışıb. Müsahibənin videoyazısını və məzmunu sizə təqdim edirik.
Gənc müğənni Şölə Səfərəliyeva bu günlərdə yenidən kamera önünə keçib. Müğənni “Xəbəri yox” adlı mahnısına klip çəkdirib. Mahnının sözləri Mikayıl Hüseynova, musiqisi Vüsalə Hikmətə, aranjemanı Cahangir Süleymanbəyliyə aiddir. 

Friday, June 29, 2012

Şölədən azərbaycan,rus və ingilis dilində üç mahnı [Mp3lər]

Şölə Səfərəliyeva, musiqidə özünü müxtəlif janrlarda sınayıb. Caz,Pop,R&B və digər janrlara üz tutan Şölə,hər ifada özünəməxsus çalarlar etməkdədir.
Bu gün sizə Şölə Səfərəliyevanın üç ifasını təqdim edəcəyik. Mahnılar azərbaycan,rus və ingilis dilindədir. Caz və popdan başqa,müğənninin ifasında bir xalq mahnısını da sizə təqdim edirik. Bütün ifalar Temp Studioda lentə alınıb. Oblaka və Oyna gülüm 2011, Lullaby of birdland isə 2012-ci ildə yazılıb. 

Sunday, June 24, 2012

MEGABOSS - Верь мне (ft. Shole) Bu duet necə yarandı? [Audio]

Şölə Səfərəliyevanın Teymur Qarayevlə (MEGABOSS) 2011-ci ilin sonlarında yazılmış dueti.  Верь мне 
Bu duet necə yarandı sualını Şöləyə verdik. Cavabı olduğu kimi sizə təqdim edirik.
"Gəldim studiyaya,Baba (Mr.Baba) dedi ki, Şoluş (bu Şölənin studiya ləqəbidir yəqin ki) oxumaq lazımdır bir mahnıda. Soruşdum kimdir,nədir? Dedi öz uşağımızdır,oxu. Mən də yox demədim,oxudum. Cəmi yarım saata bitirdim."


Şölənin də qoşulduğu xeyriyyə tədbiri reallaşıb

İki gün öncə Bakının istirahət mərkəzlərinin birində təşkilatçılar Səbuhi Arif və Sa Sa-nın təşkil etdikləri “Bu gün YOX deyək” adlı xeyriyyə tədbiri nəhayət ki, baş tutdu. Tədbir Saray qəsəbəsində yerləşən uşaq evinin sakini olan omba çıxığından əziyyət çəkən balaca Aişənin əməliyyat olunması məqsədilə ərsəyə gəlmişdi. Tədbirdə Azərbaycanın tanınmış ulduzları Faiq Ağayev, Tünzalə Ağayeva, Lalə Məmmədova, Emil Bədəlov, Elnarə, Xatun, digər müğənnilər Kərim, Zarina Məmmədova, Günay İbrahimli, Fərid Mərd, Elşad, Nurlan Təhməzli, İntizar və “Flaminqo” qrupu, Mirkamil Kamilov, Elnur Quliyev, Şölə Səfərəliyeva, aparıcı Gülnarə Məmmədova, İstanbulda yaşayan aktyor Murat Fətullah və başqaları iştirak edirdilər. 

Friday, June 22, 2012

Şölə qonaq olduğu verilişdə evlilik andına şahid oldu

Xəbər verdiyimiz kimi,bir müddət öncə Şölə, Xaçmazda qonaq olmuş,RTV-in Azərkeş və Gün başladı verilişlərində qonaq olmuşdu. Azərkeş verilişində yaşamış maraqlı bir hadisə haqda,milli.azda yayımlanmış xəbəri sizə təqdim edirik.
Veriliş zamanı çəkilmiş fotolara buradan baxa bilərsiniz.
Populyar teleaparıcı Azər Süleymanlının təqdimatında yayımlanan verilişin qonaqlarından biri olan estrada müğənnisi Qismət tamaşaçıların marağına səbəb olan açıqlama ilə çıxış edib. 

Thursday, June 21, 2012

"Bu gün yox deyək" xeyriyyə tədbiri keçiriləcək

Xəbər verdiyimiz kimi 22 iyunda,yəni bu gün keçiriləcək xeyriyyə konsertinə,Şölə Səfərəliyeva da qatılacaq. 
Simsar.Az-ın tədbir təşkilatçıları ilə hazırladıqları müsahibəni sizə təqdim edirik.

Xəbər verdiyimiz kimi, iyun ayının 22-si təşkilatçılar Səbuhi Arif və Sahilə Qurbanova gənc reper Orxan Həyatın təşəbbüsü ilə “Bu gün yox deyək” adlı xeyriyyə aksiyası keçirəcəklər.

Wednesday, June 20, 2012

Şölə sabah Muz TV-də "Xoş gördük" verilişinin qonağı olacaq [Birbaşa izlə]

Şölə Səfərəliyeva,iyunun 21-də,saat 11:00-dan etibarən Muz Tv Azərbaycanın efirində yayımlanan "Xoş Gördük" verilişinin qonağı olacaq. 
Verilişin mövzusu "Azərbaycanda caz"dır. Digər qonaqlar isə bunlardır. Saksafon ifaçısı Rafiq Seyidzadə,müğənni cazmen Cavan Zeynallı və caz-blyuz ifaçısı, Günel Qurbanova.
Qonaqlara olan suallarınızı muz-tv.az@mail.ru email ünvanına yollaya bilərsiniz.

Tuesday, June 19, 2012

İTV-in "Yeni Gün"ü "Qaya" qrupu ilə başlayacaq [Birbaşa İzlə]

Sabah,20 iyun tarixində İTV-nin (İctimai TV) "Yeni Gün" verilişinin qonağı, "Qaya" qrupu olacaq.
Saleh Bağırovun təqdimatında yayımlanan veriliş,musiqili informasiya formatındadır.
Qrupun solisti Şölə Səfərəliyevadan aldığımız məlumata görə,onlar iki saatlıq efirin,ikinci saatından etibarən verilişə qoşulacaqlar. Müğənni veriliş zamanı,yeni yazdırdıqlar 4 mahnını da səsləndirəcəklərini əlavə edib.

Sunday, June 17, 2012

RTV tamaşaçıları günə Şölə ilə başlayacaqlar

Xəbər verdiyimiz kimi,Şölə Səfərəliyeva Xaçmazda qonaqdır. Bu gün axşam saatlarında RTV-də, "Azərkeş" verilişinin qonağı olan müğənni,Bakıya qayıtmayıb.
Şölə sabah yenidən RTV tamaşaçıları ilə görüşəcək. Belə ki, Regional TV-də yayımlanan "Gün Başladı" verilişinin ikinci saatından etibarən, müğənni həm yaradıcılığı haqda danışacaq,həm də mahnılar ifa edəcək.
Xatırladaq ki veriliş saat 8:00-dan 10:00-a qədər yayımlanır.

Şölə RTV-də "Azərkeş" verilişinin qonağı olacaq [Birbaşa izlə]

Şölə Səfərliyeva,bu gün (17 İyun) saat 21:30-dan etibarən, Regional TV-də, (RTV) Azər Süleymanlının təqdimatında yayımlanan, Azərkeş verilişinin qonağı olacaq. Əyləncəli-musiqili formatda olan veriliş ərzində,Şölənin yaradıcılığı ilə tanış olacaq,ifasını dinləyəcəksiniz.
Xatırladaq ki, RTV, Xaçmaz ərazisində yerləşir,  Region TV şirkətlər qrupuna daxildir.Verilişi,internet vasitəsiylə də,izləyə bilərsiniz.

Thursday, June 14, 2012

Şölə 15 iyunda "Enerji Drayv"da qonaq olacaq

Bu gün,15 iyun 2012-ci il tarixində, Şölə Səfərəliyeva, "Araz 103.3 fm" radiosunda, "Energy Drive" (Enerji Drayv) verilişinin qonağı olacaq. Veriliş saat 14:00-16:00 arası yayımlanacaq.
Ünvan: Park Bulvar,4-cü mərtəbə.
Canlı izləmək istəyən hər kəs dəvətlidir. 

Sunday, June 10, 2012

"Qaya" qrupunun 50 illik yubileyi Rusiyada qeyd edildi [Fotolar]

Xəbər verdiyimiz kimi, "Qaya" qrupunun yeni heyəti,əfsanəvi qrupun 50 illiyi münasibətiylə, Rusiyada təşkil edilmiş konsert proqramlarında iştirak etdi. 3 İyun tarixində vətəndən yola çıxan sənətçilər, 5 iyunda Moskvada,7 iyunda isə, Sankt Peterburqda tamaşaçılarla görüşdü. Moskvada, "Dom Muzıki"də (Musiqi Evi) təşkil edilən konserti,Polad Bülbüloğlu açıq elan etdi. Daha sonra söz, Rauf Babayevə verilib.

Wednesday, May 30, 2012

Şölə Səfərəliyeva da "YOX" deyənlər sırasındadır.


Şölə Səfərəliyeva xeyriyyə aksiyasına qoşulacaq. İyun ayının sonlarında təşkil ediləcək tədbirə, Şölə ilə bərabər çox sayda tanınmış müğənninin də qatılacağı bildirilir. SimSar.Azın tədbir haqda yaydığı xəbəri sizə təqdim edirik.
22 İyun tarixində Bakının  gözəl istirahət məkanlarından olan “Club44&South club”da xeyriyyə məqsədilə tədbir keçiriləcək. 
Sənətçilərin xüsüsi hazırlığı ilə baş tutacaq tədbirdə əsas məqsəd müxtəlif aksiyalarla insanların maariflənməsi olacaq. 

"Qaya"nın yubileyi çərçivəsində Rusiyada konsert proqramı


İyun ayının ilk ongünlüyündə, “Qaya” qrupunun yubileyi çərçivəsində, Rusiyada konsert proqramları təşkil ediləcək. Solo konsertlərə, 5 iyun tarixində Moskvada, Dom Muzıkidə (Musiqi Evi) start veriləcək. "Qaya" qrupunun üzvü, Şölə Səfərəliyeva da konsertdə iştirak edəcək. Müğənnidən aldığımız məlumata görə, onlar 3 iyun tarixində Moskvaya yola düşəcəklər. İkinci konsertin isə 7 iyunda, Sankt-Peterburqda təşkil olunacağını deyən sənətçi,8 iyunda vətənə qayıdacaqlarını da əlavə edib.  

Sunday, May 27, 2012

Şölə "Günəbaxan" verilişində [Video]

Xəbər verdiyimiz kimi, Şölə Səfərəliyeva 25 may tarixində, ANS TV-in "Günəbaxan" verilişində qonaq oldu. İlqar Mikayıloğlunun təqdimatında yayımlanan verilişdə, ilk öncə "Avroviziya" mahnı müsabiqəsi haqda danışılıb, Azərbaycan xəritəsi və "Avroviziya" müsabiqəsinin loqosunun əks olunduğu tort bişirilib.
Daha sonra Şölə verilişə dəvət olunub. Xarici dildə ifa etdiyi mahnıdan sonra, Şölə Səfərəliyeva, müsabiqə haqda fikirlərini bölüşüb.

Thursday, May 24, 2012

Şölə "Günəbaxan" verilişində qonaq olacaq

Şölə Səfərəliyeva sabah, 25 may tarixində ANS TV-də yayımlanan "Günəbaxan" verilişində qonaq olacaq. Əldə etdiyimiz məlumata görə verilişdə, "Avroviziya" mahnı müsabiqəsi barədə danışılacaq. Şölə Səfərəliyeva veriliş ərzində bir neçə xarici mahnılarını ifa edəcək.
Xatırladaq ki "Günəbaxan" verilişi həftə içi 5 gün, saat 11:00-dan etibarən ANS TV-in efirində yayımlanır. 

Monday, May 21, 2012

Şölə "Günah" serialında rol almaqdan niyə imtina etdi?

Mayın 17-də Day.Az Radioda Ülviyyə Ağayevanın təqdimatında efirə gedən "Start" verilişində "Qaya" qrupunun solisti Şölə Səfərəliyeva yaradıcılığı barədə bəzi məqamları açıqlayıb.  Yeni çəkiləcək klipini gənc rejissora həvalə edən müğənni həmkarlarının daima məşhur klipmeykerlərlə işləməyə can atmalarına da toxunub:

Mübariz İbrahimova həsr edilmiş klipin çəkilişləri sona çatdı

“Temp” studiyası Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə mahnı ərsəyə gətirib. Mahnı 4 xanım ifaçının – Şölə Səfərəliyeva, Xəyalə Manaflı, Vüsalə Bəşirova və Lalə adlı müğənninin ifasında lentə alınıb. Sözləri Mr.Babaya və musiqisi Türkay Azəriyə məxsus olan mahnının klip çəkilişləri artıq yekunlaşıb. 
Şölə Səfərəliyeva,çəkiliş prosesindən danışıb. 

Sunday, May 20, 2012

"Həkim Şölə" al-qana qərq oldu [Klip çəkilişindən Foto]

Xəbər verdiyimiz kimi bu gün, 20 may 2012-ci ildə, milli qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr edilmiş mahnının, klip çəkilişləri olmalı idi. Şölənin həkim obrazını canlandıracağını da xəbər vermişdik.
Çəkilişlərdən sonra, müğənni öz facebook səhifəsində, çəkiliş prosesindən  bir kadr paylaşıb.




Mübariz İbrahimova həsr edilmiş mahnıya bu gün klip çəkiləcək

Şölə Səfərəliyevanın Mübariz İbrahimova həsr edilmiş mahnıda yer alacağını və bu ifaya klip çəkiləcəyini xəbər vermişdik. Onu da bildirmişdik ki, mahnı "Temp" studiyanın məhsuludur və 4 müğənninin birgə ifasından ibarətdir. Şölə Səfərəliyeva, Vüsalə Bəşirova, Xəyalə Manaflı və Lala (Qan qrupu) tərəfindən səsləndirilən mahnının sözləri Mr.Babaya, musiqisi isə Türkay Azəriyə aiddir.

Saturday, May 19, 2012

"Start" verilişinə Şölə ilə start verildi [PodKast]

Şölə Səfərəliyeva 17 may tarixində, Day.Az radiosunun yeni layihəsi olan, "Start" verilişinin ilk qonağı oldu. Veriliş bir saat ərzində, Ülviyyə Ağayevanın təqdimatında, canlı olaraq yayımlanıb. Şölə veriliş zamanı uşaqlığından,yaradıcılığa atdığı ilk addımlardan, "Bəri Bax" və "Qaya" qruplarındakı fəaliyyətindən,eyni zamanda planlarından danışıb. Müğənni  Azərbaycan şou-biznesində rəğbət bəslədiyi şəxsin  adını da açıqlayıb.

Mübariz İbrahimovun xatirəsinə mahnı ifa ediləcək.

Şölədən yeni ifa. Amma bu dəfə o, tək deyil. Milli qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr ediləcək mahnı, "Temp" studiyanın məhsuludur. 4 nəfərlik ifaçı heyətinin 3-ü artıq bəllidir. Şölə,Xəyalə Manaflı və Vüsalə Bəşirova triosuna kimin qoşulacağına da,yaxın günlərdə aydınlıq gələcək. Şölə bu haqda qonağı olduğu Day.Az radiosunun "Start" verilişində də danışıb. Qeyd edək ki mahnının sözləri və musiqisi Türkay Azəriyə məxsusdur.Adıçəkilən ifaya, məhz Türkay Azərinin quruluşunda klip çəkiləcəyi də gözlənilir.

Wednesday, May 16, 2012

Şölə Day.Az radiosunun qonağı olacaq.

Mayın 17-dən etibarən hər cümə axşamı, Bakı vaxtı ilə saat 15:00-da, Ülviyyə Ağayevanın təqdimatında,Day.Az radioda, "Start" verilişi efirə gedəcək. Verilişdə mədəniyyət və incəsənət sahəsindən "start" götürmüş ümidverici gənclər qonaq olacaqlar.
Mayın 17-də efirə gedəcək verilişin ilk qonağı "Qaya" qrupunun solisti Şölə Səfərəliyeva olacaq. Şölə, veriliş zamanı bəzi maraqlı məqamları açıqlayacaq,yaradıcılıq fəaliyyəti və yeniliklər barədə məlumat verəcək.
Verilişə qoşulmaq üçün,suallarınızı,  radio@day.az  ünvanına göndərə bilərsiniz. 

Sunday, May 13, 2012

"Qaya"nın yeni heyətinin 2012-ci ildə ilk solo konserti baş tutdu.

13 may,2012-ci il tarixində, Rəşid Behbudov adına mahnı teatrında, Şölə Səfərəliyevanın  solist kimi fəaliyyət göstərdiyi ,Qayanın yeni heyətinin 2012-ci ildə, ilk solo konserti baş tutdu.
Konsertdə yerli və xarici mahnılar ifa edildi. Qaya qrupunun məşhur və unudulmaz mahnılarına müraciət edildi. Bundan başqa, konsert zamanı müğənnilər, solo ifaları ilə də tamaşaçıların qarşısına çıxdılar.

Tuesday, May 1, 2012

Şölə "Qazan Aşdı" və "Solo" verilişlərində qonaq olacaq.

Şölə Səfərəliyeva, 2 və 3 may tarixlərində LİDER TV-də. 2 May tarixində "Qazan Aşdı" verilişində qonaq olacaq Şölə,bir gün sonra, "Qaya" qrupu ilə birlikdə,Murad Arifin təqdimatında efir üzü görən Solo verilişində iştirak edəcək. Xatırladaq ki, "Qazan Aşdı" verilişi saat 11:00-da yayımlanacaq. "Solo" verilişini isə, saat 13:30-dan etibarən izləyə bilərsiniz. LİDER TV-nın internetdə yayım linkini sizə təqdim edirik. İnternet sürətinizə uyğun tezliyi seçərək,verilişləri izləyə bilərsiniz.

Şölə özünü şairə kimi də sınayır. İnan Mənə (Mahnı Sözləri)

Özünü incəsənətin əksər sahələrində sınayan Şölə, mahnı sözləri də yazır. 2003-cü ildə, iştirak etdiyi "Sing your Song"  müsabiqəsində,sözlərini özü yazdığı mahnını ifa edən müğənni,indi də bu fəaliyyətini davam etdirir. Hal-hazırda, "Qaya" dövlət ansamblında, solist kimi fəaliyyət göstərən Səfərəliyeva,Rauf Babayevin də bəstələrinə şeirlər yazır. Şölə, "Azərbaycan" adlı ilk şeirini 1997-ci ildə yazıb. 
Sizə,Şölə Səfərəliyevanın 2003-cü ildə yazdığı, "İnan Mənə" parçasını təqdim edirik. Mahnının musiqisi, Nigara məxsusdur.





"İnan Mənə"





Həyatıma gələnə qədər,
Bütün ömrüm keçirdi hədər.
Nə üçün yağış yağır?!
Nə üçün çaylar axır?!
Bilmirəm


Dünyam sənsiz zülmətli gecə

Onu işıqlandırım necə?!
Qaytardın ümidləri,
İtdi qəmi,kədəri
Qəlbimin


Nəqarət:

Sənə olan sevgimdə,
Bir işıq vardır,yayılır o
Aləmə,aləmə
Sənsiz açılmaz güllər,
Oyanmaz səhər,inan mənə,
Bu sevən qəlbimə.


Yanımdasan,heç yoxdur dərdim,
Bunu gecə-gündüz dilərdim,
Tənha qalan anlarda,
Ötən xəyallarımda söylərdim

Nəqarət:

Sənə olan sevgimdə,
Bir işıq vardır,yayılır o
Aləmə,aləmə
Sənsiz açılmaz güllər,
Oyanmaz səhər,inan mənə,
Bu sevən qəlbimə.



Sunday, April 29, 2012

Şölə "Təqdimat"da qonaq olacaq.

Şölə Səfərəliyeva sabah,30 Aprel tarixində,  radio efirdə qonaq kimi iştirak edəcək. Şölənin iştirak edəcəyi "Təqdimat" verilişi Space radiosunda, saat 18:00-dan etibarən,İdrisin təqdimatında efir üzü görür. Xatırladaq ki, Space radiosu 104 fm dalğasından yayımlanır."Təqdimat" verilişində Şölənin "Sən,Rəssam" mahnısının səsləndiriləcəyi gözlənilir.
*****
Şölə 30 aprel və 1 may tarixlərində Təqdimat verilişinin qonağı oldu. Verilişin podkast versiyasını sizə təqdim etməyə çalışacağıq. Bloqu izləməyə davam edin.

Saturday, April 28, 2012

Şölə Səfərəliyeva "Biz Gələcəyik" verilişinin qonağı oldu [PodKast]

Xəbər verdiyimiz kimi,Şölə Səfərəliyeva Azərbaycan Radiosunda yayımlanan "Biz Gələcəyik" verilişinin qonağı olmalıydı. İndi isə, verilişi canlı izləyə bilməyənlər üçün podkast versiyasını təqdim edirik. Xatırladaq ki veriliş, Xatuna və Nərminin təqdimatında efir üzü görür. Podkastı tam olaraq dinləmək üçün,aşağıdakı playeri işə salın :)
Verilişdə xanım aparıcılar Şölə haqda geniş məlumat verir və daha sonra canlı söhbətə,musiqi qatmaqla efiri davam etdirirlər.


Tuesday, April 24, 2012

Şölə "Biz Gələcəyik" verilişində qonaq olacaq [Canlı Dinləmə Linki]

Azərbaycan Dövlət Radiosunda yayımlananan "Biz Gələcəyik" verilişinin sabah , 25 aprel 2012-ci il buraxılışının qonağı, Şölə Səfərəliyeva olacaq. Veriliş saat 12:30-da, Nərmin Nöqtə və Xatuna Abdullayevanın təqdimatında yayımlanacaq.
Verilişi radiodan dinləmək imkanı olmayan şəxslər üçün canlı yayım linkini təqdim edirik.
Maraqlı söhbət və bol musiqili proqramı qaçırmayın.

Saturday, April 21, 2012

Arxiv: Şölə Səfərəliyevadan konsertdə canlı ifalar

Şölə Səfərəliyeva, bu günə qədər müxtəlif konsertlərdə iştirak edib,müxtəlif mahnıları canlı olaraq da ifa etmişdir. Müğənni verdiyi müsahibələrdə dəfələrlə canlı ifanı sevdiyini də bildirmişdir. 21-24 mart aralığında Heydər Əliyev adına sarayda keçirilmiş konsertdə ifa edilən "Bu cür sevdim" və "I will survive" artıq Şölənin rəsmi youtube kanalına əlavə edildi. Həmin ifaları sizə tədim edirik. Youtube kanalına abunə olaraq yeniliklərdən birinci siz xəbərdar olun.

Arxiv: Şölə Səfərəliyevanın Milli.Az xəbər portalına müsahibəsi

Bu müsahibə,16 Mart 2012-ci ildə Milli.Az xəbər portalı üçün alınıb. Geniş müsahibə zamanı çox maraqlı məqamlara toxunulub.Oxuya və fikirlərinizi bölüşə bilərsiniz. Müsahibədə oranjiman ediləcəyi qeyd edilən Xəbəri Yox mahnısı artıq hazırlanıb. Mahnını bloqdan və Şölənin Rəsmi Youtube kanalından əldə edə bilərsiniz

Thursday, April 19, 2012

Şölə "Günah" serialında Aynur rolunu canlandıracaq [Fotolar]

Şölə Səfərəliyevanın seriala çəkiləcəyi barədə xəbər vermişdik. Bu barədə müğənni , Trend Life-a açıqlamasında ətraflı məlumat verib.  Ssenari ilə tanış olduqdan sonra, filmə çəkilməyə razılıq verdiyini bildirən Şölə, bu çəkilişlərin özü üçün eksperiment olacağını da əlavə edib.  Müğənni həmçinin,izləyicilərin  onların işindən razı qalacaqlarına ümid etdiyini də bildirib.
Xatırladaq ki "Günah" adlanan serialın rejissoru Ramil Ağasıyevdir. Şölə Səfərəliyeva, serialda Aynur rolunu canlandıracaq. Serialın tanıtım çarxını və digər məlumatları da bloqdan əldə edə bilərsiniz.  







Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More