Monday, July 23, 2012

Şölə artıq VJ Star qismində tamaşaçıların qarşısındadır

Müğənniliklə kifayətlənməyib,özünü əksər sahələrdə sınaqdan keçirmiş Şölə,indi də efirdən sizi salamlayır. Özü də qonaq kimi yox, VJ Star qismində. İyulun 9-dan fəaliyyətə başlayan gənclərin kanalı "Chat Box"da (Çat Boks) Şölə Səfərəliyevanı da izləmək şansınız var. O artıq həm də, tv aparıcıdır. Şölədən aldığımız məlumata görə, efiri kabel tv istifadəçiləri izləyə bilər. Şölənin efir vaxtlarını sizin nəzərinizə çatdırırıq. Verilişi yaxın günlərdə internet vasitəsiylə də izləyə biləcəksiniz. www.chatbox.az
Bazar ertəsi: saat 23:00-04:00
Cümə günü: saat 13:00-18:00
Digər günlər: saat 8:00-11:00

0 коммент.:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More