Bioqrafiya


                  

Mən, Şölə Səfərəliyeva,  1984-cü il 29 avqust tarixində Bayıl qəsəbəsində, 5 saylı doğum evində dünyaya gəlmişəm. Şölə adını mənə atam verib. Bəy nəslindən olan nənəsinin xatirəsinə.  Həmişə bu adı doğrultmağımı arzulayıb.
İncəsənətə ilk addımımı 5 yaşımda olarkən xoreoqrafiya dərnəyinə getməklə atmışam.
8 yaşımdan musiqi ilə məşğulam. 11 yaşımdan respublikanın xalq artisti Rauf Babayevin rəhbərlik etdiyi "Bəri Bax" uşaq ansamblının solistiyam. 2007-ci ildən qrup "Qaya" dövlət ansamblı adını aldı. Qrupla dünyanın bir çox ölkələrində qastrol səfərlərində olmuşam. Həmçinin 2003-cü ildən "sing your song " müsabiqəsinə qatılmaqla solo fəaliyyətə başlamış, Azəri star 2005 və Eurovision 2011- in finaçısı olmuşam.Ali təhsilliyəm(Azərb.dili və ədəbiyyat məzunu).
USA-Azerbaijan Media Academy 2011 - ANS kanalında jurnalistika kurslarını bitirmiş, radio Ans ÇM 102 fm -də,"Bakı film"də  çalışmışam. Həmçinin 2007-2008 tədris illərində bitirdiyim Rastropoviçlər adına 21 saylı musiqi məktəbində xormeyster kimi dərs demişəm. 2011-ci ilin mayından etibarən Kabel tv-də fəaliyyətə başlayan ChatBox Baku kanalında vj star adı ilə aparıcılığa başlamışam. Jazz, klassik estrada,pop,RnB ifaçısı kimi tanınıram. Mahnılara söz yazmaq kimi hobbim var. Qrupun və solo mahnılarımın bir çox söz müəllifiyəm.
Pozitiv,şən,dostcanlı,açıq-sözlü,bəzən kobud insanam. Həyat şüarım - daim irəli. Subyektiv fikrim- yaxşı yaşayıram və həyatım daha da yaxşı olacaq. Bunun üçün sadəcə istək və çalışqanlılıq tələb olunur. Musiqi daim həyatımın ayrılmaz hissəsidir.
Xarici dillərə marağım sonsuzdur. İspan dilini mükəmməl bilmək arzusundayam.

Hər birinizi bloqumda görməkdən məmnumam. Xoş gördük :)


3 коммент.:

salam sizin heyativizi oxudum cox sagolun size ugurlar arzu edirem.Amil Katv

Sizi cox beyenirem, uqurlar

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More