Wednesday, April 18, 2012

Şölə debüt albom və digər planlarından danışdı [FotoSessiya]

1news.az saytına müsahibə verən Şölə Səfərəliyeva,gələcək planlarından danışıb. 2012-ci ilin fevral ayında, RnB janrında olan və Mr.Babanın sözlərinə yazılmış, “Sən,Rəssam” debüt klipini tamaşaçılara təqdim edən Şölə, 2012-ci ilin ona düşərli olduğunu bildirib.

“2012 mənim üçün yaxşı başladı. Çoxlu yaradıcı xəbərlər, radio və televiziya verilişlərinə dəvətlər aldım. İl çox sürətlə başladı və mən özümə söz verdim ki dayanmayacağam,  həmişə yaradıcı axtarışlarda olacağam.” Şölə həmçinin tamaşaçı və dinləyicilər üçün hər zaman maraqlı olmağın vacib olduğunu da əlavə edib.

Şölə Səfərəliyeva öz uğurlarında dostluğu əsas motivasiya hesab edir. Şölənin dediyinə görə məhz dostlarının “niyə işləmirsən”, “niyə solo mahnıların yoxdur” sualları onu oyadıb.

Mən də, “niyə də yox?” deyib başladım. İndi dayana bilmərəm. Mən, dəstəkləri üçün dostlarıma çox təşəkkür edirəm və  şadam ki, tale mənə məhz onlar kimi dostları hədiyyə edib. Mən 2003-cü ildən səhnədəyəm və yaradıcılıq fəaliyyətimin 10 yaşı münasibəti ilə, albom buraxmağa hazırlaşıram. Alboma daxil ediləcək mahnılar artıq hazırlanır.

Müğənni albomuna daxil ediləcək mahnılardan da danışıb. Mahnıların Rauf Babayevə,Gövhər Həsənzadəyə,Vüsalə Hikmətə,reper Mr.Babaya aid olacağını bildirən müğənni, Rauf Babayevin ərsəyə gətirəcəyi mahnının sözlərini,özünün yazdığını da əlavə edib.

Müğənni yeni imici və fotosessiya barədə də danışıb. Fotoqraf Səməd İsmayılzadə ilə facebook sosial şəbəkəsində tanış olduğunu bildirən Şölə, debüt albomu üçün etdirəcəyi fotosessiyanı da məhz ona həvalə edəcəyini  bildirib.

Biz fotosessiya üçün çoxdan razılaşmışdıq, amma əlverişli hava şəraiti yox idi deyə,yalnız indi fotosessiya etmək qərarına gəldik. Yaxın vaxtlarda  mənim hippi obrazında olacağım daha bir fotosessiyanı təqdim edəcəyik. Səmədin çəkiliş meydançasındakı işini mən çox bəyəndim. Mən əvvəllər belə çəkilişlərdə olmamışdım ”

Müğənni həmçinin yaxın vaxtlarda “Günah” serialında da, baş rollardan birinə çəkiləcəyini əlavə edib.

Sizə Şölə Səfərəliyevanın Son Fotosessiyasını təqdim edirik. Xəbər Portalına verilmiş müsahibə rus dilindədir. 

















0 коммент.:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More