Wednesday, August 29, 2012

Bu gün Şölə Səfərəliyevanın doğum günüdür. [Hədiyyə klip]

Bu gün Şölə Səfərəliyevanın doğum günüdür. Müğənnini təbrik edir,ona yaradıcılıq nəaliyyətləri diləyir və şəxsi həyatında uğur arzulayırıq.
____
Gənc müğənni Şölə Səfərəliyeva “Xəbəri yox” mahnısına klip çəkdirib.
Dostlarından klip hədiyyə almağa alışan və bu gün ad gününü qeyd edən müğənniyə bu klip də rejissor Elnur Axundovtərəfindən hədiyyə olunub.


Bu haqda Milli.Az-a müğənni özü məlumat verib.

""Xəbəri yox" mahnısının sözləri Mikayıl Hüseynovun, musiqisi isə Vüsalə Hikmətindir. Klipdə mövzu qızın oğlana olan sevgisidir. Qız nə etsə də, oğlan onu görmür. Sonda isə gözlənilməz anda oğlanla qız görüşürlər. Klip mənə rejissor Elnur Axundovun hədiyyəsidir. Klipdə stilist Suli, fotoqraf Aytən, bütün qruppa tam təmənnasız iş sərgilədilər. Belə bir hədiyyəni kim istəməz? (gülür) Klipdə əziyyəti keçən bütün dostlarıma dərin minnətdarlığımı bildirirəm”.



                

0 коммент.:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More