Sunday, July 1, 2012

Şölə Muz TV-yə "Xəbəri yox" klipinin çəkilişindən danışdı [Video]

Şölə Səfərəliyevanın yeni klip çəkdirdiyi barədə sizə məlumat vermişdik. Müğənni çəkiliş prosesinin gedişatı və digər məsələlər haqda, Muz TV-yə verdiyi müsahibə zamanı danışıb. Müsahibənin videoyazısını və məzmunu sizə təqdim edirik.
Gənc müğənni Şölə Səfərəliyeva bu günlərdə yenidən kamera önünə keçib. Müğənni “Xəbəri yox” adlı mahnısına klip çəkdirib. Mahnının sözləri Mikayıl Hüseynova, musiqisi Vüsalə Hikmətə, aranjemanı Cahangir Süleymanbəyliyə aiddir. 
Klipin rejissoru isə Elnur Axundovdur.  Hazırda üzərində montaj işləri gedən klipin bəlli bir süjet xətti var.. Həm “Qaya” dövlət ansablının solisti kimi, həm də solo fəaliyyət göstərən gənc müğənni Şölə Səfərəliyeva bu yaxınlarda özünü televiziya kanallarının birində aparıcı kimi də sınamaq niyyətindədir. Şou- biznesə qatılmaq fikrinin olmadığını deyən Şölə özünə heç kimi rəqib görmür. Gənc müğənni deyəsən bu yayı çəkiliş meydançalarında keçirəcək.

Gülbəniz Elşadqızı
Vüsal Babayev

Muz Tv




*****

0 коммент.:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More