Sunday, May 27, 2012

Şölə "Günəbaxan" verilişində [Video]

Xəbər verdiyimiz kimi, Şölə Səfərəliyeva 25 may tarixində, ANS TV-in "Günəbaxan" verilişində qonaq oldu. İlqar Mikayıloğlunun təqdimatında yayımlanan verilişdə, ilk öncə "Avroviziya" mahnı müsabiqəsi haqda danışılıb, Azərbaycan xəritəsi və "Avroviziya" müsabiqəsinin loqosunun əks olunduğu tort bişirilib.
Daha sonra Şölə verilişə dəvət olunub. Xarici dildə ifa etdiyi mahnıdan sonra, Şölə Səfərəliyeva, müsabiqə haqda fikirlərini bölüşüb.
Müğənni veriliş zamanı,favoritlərinin adlarını da açıqlayıb. Yarımfinal mərhələsində daha çox Serbiya,Malta və İsveç təmsilçisini bəyəndiyini bildirən Şölə,müsabiqəni tək izlədiyini də əlavə edib.
Xatırladaq ki, müğənni Şölə Səfərəliyeva da vaxtilə bu müsabiqənin milli seçim turlarında iştirak edib. Sizə verilişin Şölə Səfərəliyeva iştirak edən hissəsini təqdim edirik.


0 коммент.:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More