Saturday, May 19, 2012

"Start" verilişinə Şölə ilə start verildi [PodKast]

Şölə Səfərəliyeva 17 may tarixində, Day.Az radiosunun yeni layihəsi olan, "Start" verilişinin ilk qonağı oldu. Veriliş bir saat ərzində, Ülviyyə Ağayevanın təqdimatında, canlı olaraq yayımlanıb. Şölə veriliş zamanı uşaqlığından,yaradıcılığa atdığı ilk addımlardan, "Bəri Bax" və "Qaya" qruplarındakı fəaliyyətindən,eyni zamanda planlarından danışıb. Müğənni  Azərbaycan şou-biznesində rəğbət bəslədiyi şəxsin  adını da açıqlayıb.
Zülfiyyə Xanbabayevanı hədsiz bəyəndiyini söyləyən Səfərəliyeva, şəxsi həyatı barədə də sualları cavablandırıb. Hələ ki həyatında kimsənin olmadığını qeyd edən sənətçi, gələcəkdə seçim qarşısında qalarsa ailə həyatına üstünlük verəcəyinə də işarə edib. Veriliş zamanı söz və musiqisi Şöləyə aid olan "Aldatma məni" və digər ifaları da səsləndirilib.Sizə verilişin podkast versiyasını təqdim edirik. 


0 коммент.:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More