Sunday, May 20, 2012

Mübariz İbrahimova həsr edilmiş mahnıya bu gün klip çəkiləcək

Şölə Səfərəliyevanın Mübariz İbrahimova həsr edilmiş mahnıda yer alacağını və bu ifaya klip çəkiləcəyini xəbər vermişdik. Onu da bildirmişdik ki, mahnı "Temp" studiyanın məhsuludur və 4 müğənninin birgə ifasından ibarətdir. Şölə Səfərəliyeva, Vüsalə Bəşirova, Xəyalə Manaflı və Lala (Qan qrupu) tərəfindən səsləndirilən mahnının sözləri Mr.Babaya, musiqisi isə Türkay Azəriyə aiddir.

Bu gün axşam saatlarında, mahnıya klip çəkiləcəyi gözlənilir. Maraqlı sujet xəttinə malik klipdə Şölə həkim, Vüsalə əsgər, Lala ana, Xəyalə isə mələk obrazlarını canlandıracaq. Klipdə digər milli qəhrəman, Çingiz Mustafayevin də səsindən istifadə ediləcək. Bundan başqa Mübariz İbrahimovun valideyinlərinin də, klipdə yer alacağı gözlənilir. 

0 коммент.:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More