Monday, May 21, 2012

Şölə "Günah" serialında rol almaqdan niyə imtina etdi?

Mayın 17-də Day.Az Radioda Ülviyyə Ağayevanın təqdimatında efirə gedən "Start" verilişində "Qaya" qrupunun solisti Şölə Səfərəliyeva yaradıcılığı barədə bəzi məqamları açıqlayıb.  Yeni çəkiləcək klipini gənc rejissora həvalə edən müğənni həmkarlarının daima məşhur klipmeykerlərlə işləməyə can atmalarına da toxunub:
 "Niyə biz həmişə tanınmışlarla işləməyə can atırıq? O qədər gənc istedadlarımız var. Sadəcə, hər tərəfi "akula"lar zəbt edirlər, onlar da qalıb öz balaca studiyalarında. Niyə biz öz istedadlı yaşıdlarımızla işləməyək?"
Bir müddət əvvəl mətbuatda seriala çəkiləcəyi yazılan Şölə Səfərəliyeva çəkilişlərdən imtina etdiyini də bildirib:
"Serialda bəzi yataq səhnələri var idi, mən isə buna razı ola bilməzdim. Hətta rejissor dedi ki, bəlkə gedək valideynlərindən icazə alaq. Dedim, siz nə danışırsınız, mənim atama demək olar ki, qoy qızın yataq səhnəsində çəkilsin? Bu serial mənə super şöhrət gətirəcək olsa belə, mən buna razı ola bilmərəm! Mən şöhrətimi başqa yerdə tapacam".

Mənbə: Milli.Az

0 коммент.:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More