Wednesday, August 15, 2012

Şölə doğum günündə yeni klipini hədiyyə edəcək [Video]

“Qaya” Dövlət ansamblında solist olmaqla yanaşı, həm də solo fəaliyyət göstərən gənc vokalçı Şölə Səfərəlieva Azərbaycanin milli qəhrəmanları Çingiz Mustafayevin və Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş klipi təqdim edəcək. Bu ifaçının və onun tərəf müqabillərinin doğum gününə təsadüf edəcək. Gənc müğənni repertuarında yer alan “Ola bilməz” mahnısına da klip çəkdirməyə hazırlaşır. 
Şölə bu dəfə də rejissor işini Mr. Babaya təslim edəcək. Qrupların biri ilə duet ifa edən ifaçı mahnını dinləyicilərə təqdim etmək üçün payız aylarını gözləyir.Buna səbəb isə həzin musiqinin fəslin tonlarına uyğun olmasıdır.
Sonda Şölə fərqli bir obrazda fotossesiya etdirəcəyini Muz-Tv izləyicilərinin diqqətinə çatdırıb.
Aytən Zöhrabqızı
Vüsal Babayev
Muz-Tv.az


0 коммент.:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More