Şölədən yepyeni xəbərlər (Fotolar)

Dekabrın əvvəllərində müğənni, dostu Səməd İsmayılzadə ilə ikinci fotosessiyaya çəkilib.

This is default featured post 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured post 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured post 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured post 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Wednesday, May 30, 2012

Şölə Səfərəliyeva da "YOX" deyənlər sırasındadır.


Şölə Səfərəliyeva xeyriyyə aksiyasına qoşulacaq. İyun ayının sonlarında təşkil ediləcək tədbirə, Şölə ilə bərabər çox sayda tanınmış müğənninin də qatılacağı bildirilir. SimSar.Azın tədbir haqda yaydığı xəbəri sizə təqdim edirik.
22 İyun tarixində Bakının  gözəl istirahət məkanlarından olan “Club44&South club”da xeyriyyə məqsədilə tədbir keçiriləcək. 
Sənətçilərin xüsüsi hazırlığı ilə baş tutacaq tədbirdə əsas məqsəd müxtəlif aksiyalarla insanların maariflənməsi olacaq. 

"Qaya"nın yubileyi çərçivəsində Rusiyada konsert proqramı


İyun ayının ilk ongünlüyündə, “Qaya” qrupunun yubileyi çərçivəsində, Rusiyada konsert proqramları təşkil ediləcək. Solo konsertlərə, 5 iyun tarixində Moskvada, Dom Muzıkidə (Musiqi Evi) start veriləcək. "Qaya" qrupunun üzvü, Şölə Səfərəliyeva da konsertdə iştirak edəcək. Müğənnidən aldığımız məlumata görə, onlar 3 iyun tarixində Moskvaya yola düşəcəklər. İkinci konsertin isə 7 iyunda, Sankt-Peterburqda təşkil olunacağını deyən sənətçi,8 iyunda vətənə qayıdacaqlarını da əlavə edib.  

Sunday, May 27, 2012

Şölə "Günəbaxan" verilişində [Video]

Xəbər verdiyimiz kimi, Şölə Səfərəliyeva 25 may tarixində, ANS TV-in "Günəbaxan" verilişində qonaq oldu. İlqar Mikayıloğlunun təqdimatında yayımlanan verilişdə, ilk öncə "Avroviziya" mahnı müsabiqəsi haqda danışılıb, Azərbaycan xəritəsi və "Avroviziya" müsabiqəsinin loqosunun əks olunduğu tort bişirilib.
Daha sonra Şölə verilişə dəvət olunub. Xarici dildə ifa etdiyi mahnıdan sonra, Şölə Səfərəliyeva, müsabiqə haqda fikirlərini bölüşüb.

Thursday, May 24, 2012

Şölə "Günəbaxan" verilişində qonaq olacaq

Şölə Səfərəliyeva sabah, 25 may tarixində ANS TV-də yayımlanan "Günəbaxan" verilişində qonaq olacaq. Əldə etdiyimiz məlumata görə verilişdə, "Avroviziya" mahnı müsabiqəsi barədə danışılacaq. Şölə Səfərəliyeva veriliş ərzində bir neçə xarici mahnılarını ifa edəcək.
Xatırladaq ki "Günəbaxan" verilişi həftə içi 5 gün, saat 11:00-dan etibarən ANS TV-in efirində yayımlanır. 

Monday, May 21, 2012

Şölə "Günah" serialında rol almaqdan niyə imtina etdi?

Mayın 17-də Day.Az Radioda Ülviyyə Ağayevanın təqdimatında efirə gedən "Start" verilişində "Qaya" qrupunun solisti Şölə Səfərəliyeva yaradıcılığı barədə bəzi məqamları açıqlayıb.  Yeni çəkiləcək klipini gənc rejissora həvalə edən müğənni həmkarlarının daima məşhur klipmeykerlərlə işləməyə can atmalarına da toxunub:

Mübariz İbrahimova həsr edilmiş klipin çəkilişləri sona çatdı

“Temp” studiyası Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə mahnı ərsəyə gətirib. Mahnı 4 xanım ifaçının – Şölə Səfərəliyeva, Xəyalə Manaflı, Vüsalə Bəşirova və Lalə adlı müğənninin ifasında lentə alınıb. Sözləri Mr.Babaya və musiqisi Türkay Azəriyə məxsus olan mahnının klip çəkilişləri artıq yekunlaşıb. 
Şölə Səfərəliyeva,çəkiliş prosesindən danışıb. 

Sunday, May 20, 2012

"Həkim Şölə" al-qana qərq oldu [Klip çəkilişindən Foto]

Xəbər verdiyimiz kimi bu gün, 20 may 2012-ci ildə, milli qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr edilmiş mahnının, klip çəkilişləri olmalı idi. Şölənin həkim obrazını canlandıracağını da xəbər vermişdik.
Çəkilişlərdən sonra, müğənni öz facebook səhifəsində, çəkiliş prosesindən  bir kadr paylaşıb.




Mübariz İbrahimova həsr edilmiş mahnıya bu gün klip çəkiləcək

Şölə Səfərəliyevanın Mübariz İbrahimova həsr edilmiş mahnıda yer alacağını və bu ifaya klip çəkiləcəyini xəbər vermişdik. Onu da bildirmişdik ki, mahnı "Temp" studiyanın məhsuludur və 4 müğənninin birgə ifasından ibarətdir. Şölə Səfərəliyeva, Vüsalə Bəşirova, Xəyalə Manaflı və Lala (Qan qrupu) tərəfindən səsləndirilən mahnının sözləri Mr.Babaya, musiqisi isə Türkay Azəriyə aiddir.

Saturday, May 19, 2012

"Start" verilişinə Şölə ilə start verildi [PodKast]

Şölə Səfərəliyeva 17 may tarixində, Day.Az radiosunun yeni layihəsi olan, "Start" verilişinin ilk qonağı oldu. Veriliş bir saat ərzində, Ülviyyə Ağayevanın təqdimatında, canlı olaraq yayımlanıb. Şölə veriliş zamanı uşaqlığından,yaradıcılığa atdığı ilk addımlardan, "Bəri Bax" və "Qaya" qruplarındakı fəaliyyətindən,eyni zamanda planlarından danışıb. Müğənni  Azərbaycan şou-biznesində rəğbət bəslədiyi şəxsin  adını da açıqlayıb.

Mübariz İbrahimovun xatirəsinə mahnı ifa ediləcək.

Şölədən yeni ifa. Amma bu dəfə o, tək deyil. Milli qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr ediləcək mahnı, "Temp" studiyanın məhsuludur. 4 nəfərlik ifaçı heyətinin 3-ü artıq bəllidir. Şölə,Xəyalə Manaflı və Vüsalə Bəşirova triosuna kimin qoşulacağına da,yaxın günlərdə aydınlıq gələcək. Şölə bu haqda qonağı olduğu Day.Az radiosunun "Start" verilişində də danışıb. Qeyd edək ki mahnının sözləri və musiqisi Türkay Azəriyə məxsusdur.Adıçəkilən ifaya, məhz Türkay Azərinin quruluşunda klip çəkiləcəyi də gözlənilir.

Wednesday, May 16, 2012

Şölə Day.Az radiosunun qonağı olacaq.

Mayın 17-dən etibarən hər cümə axşamı, Bakı vaxtı ilə saat 15:00-da, Ülviyyə Ağayevanın təqdimatında,Day.Az radioda, "Start" verilişi efirə gedəcək. Verilişdə mədəniyyət və incəsənət sahəsindən "start" götürmüş ümidverici gənclər qonaq olacaqlar.
Mayın 17-də efirə gedəcək verilişin ilk qonağı "Qaya" qrupunun solisti Şölə Səfərəliyeva olacaq. Şölə, veriliş zamanı bəzi maraqlı məqamları açıqlayacaq,yaradıcılıq fəaliyyəti və yeniliklər barədə məlumat verəcək.
Verilişə qoşulmaq üçün,suallarınızı,  radio@day.az  ünvanına göndərə bilərsiniz. 

Sunday, May 13, 2012

"Qaya"nın yeni heyətinin 2012-ci ildə ilk solo konserti baş tutdu.

13 may,2012-ci il tarixində, Rəşid Behbudov adına mahnı teatrında, Şölə Səfərəliyevanın  solist kimi fəaliyyət göstərdiyi ,Qayanın yeni heyətinin 2012-ci ildə, ilk solo konserti baş tutdu.
Konsertdə yerli və xarici mahnılar ifa edildi. Qaya qrupunun məşhur və unudulmaz mahnılarına müraciət edildi. Bundan başqa, konsert zamanı müğənnilər, solo ifaları ilə də tamaşaçıların qarşısına çıxdılar.

Tuesday, May 1, 2012

Şölə "Qazan Aşdı" və "Solo" verilişlərində qonaq olacaq.

Şölə Səfərəliyeva, 2 və 3 may tarixlərində LİDER TV-də. 2 May tarixində "Qazan Aşdı" verilişində qonaq olacaq Şölə,bir gün sonra, "Qaya" qrupu ilə birlikdə,Murad Arifin təqdimatında efir üzü görən Solo verilişində iştirak edəcək. Xatırladaq ki, "Qazan Aşdı" verilişi saat 11:00-da yayımlanacaq. "Solo" verilişini isə, saat 13:30-dan etibarən izləyə bilərsiniz. LİDER TV-nın internetdə yayım linkini sizə təqdim edirik. İnternet sürətinizə uyğun tezliyi seçərək,verilişləri izləyə bilərsiniz.

Şölə özünü şairə kimi də sınayır. İnan Mənə (Mahnı Sözləri)

Özünü incəsənətin əksər sahələrində sınayan Şölə, mahnı sözləri də yazır. 2003-cü ildə, iştirak etdiyi "Sing your Song"  müsabiqəsində,sözlərini özü yazdığı mahnını ifa edən müğənni,indi də bu fəaliyyətini davam etdirir. Hal-hazırda, "Qaya" dövlət ansamblında, solist kimi fəaliyyət göstərən Səfərəliyeva,Rauf Babayevin də bəstələrinə şeirlər yazır. Şölə, "Azərbaycan" adlı ilk şeirini 1997-ci ildə yazıb. 
Sizə,Şölə Səfərəliyevanın 2003-cü ildə yazdığı, "İnan Mənə" parçasını təqdim edirik. Mahnının musiqisi, Nigara məxsusdur.





"İnan Mənə"





Həyatıma gələnə qədər,
Bütün ömrüm keçirdi hədər.
Nə üçün yağış yağır?!
Nə üçün çaylar axır?!
Bilmirəm


Dünyam sənsiz zülmətli gecə

Onu işıqlandırım necə?!
Qaytardın ümidləri,
İtdi qəmi,kədəri
Qəlbimin


Nəqarət:

Sənə olan sevgimdə,
Bir işıq vardır,yayılır o
Aləmə,aləmə
Sənsiz açılmaz güllər,
Oyanmaz səhər,inan mənə,
Bu sevən qəlbimə.


Yanımdasan,heç yoxdur dərdim,
Bunu gecə-gündüz dilərdim,
Tənha qalan anlarda,
Ötən xəyallarımda söylərdim

Nəqarət:

Sənə olan sevgimdə,
Bir işıq vardır,yayılır o
Aləmə,aləmə
Sənsiz açılmaz güllər,
Oyanmaz səhər,inan mənə,
Bu sevən qəlbimə.



Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More