Şölədən yepyeni xəbərlər (Fotolar)

Dekabrın əvvəllərində müğənni, dostu Səməd İsmayılzadə ilə ikinci fotosessiyaya çəkilib.

This is default featured post 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured post 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured post 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured post 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Friday, June 29, 2012

Şölədən azərbaycan,rus və ingilis dilində üç mahnı [Mp3lər]

Şölə Səfərəliyeva, musiqidə özünü müxtəlif janrlarda sınayıb. Caz,Pop,R&B və digər janrlara üz tutan Şölə,hər ifada özünəməxsus çalarlar etməkdədir.
Bu gün sizə Şölə Səfərəliyevanın üç ifasını təqdim edəcəyik. Mahnılar azərbaycan,rus və ingilis dilindədir. Caz və popdan başqa,müğənninin ifasında bir xalq mahnısını da sizə təqdim edirik. Bütün ifalar Temp Studioda lentə alınıb. Oblaka və Oyna gülüm 2011, Lullaby of birdland isə 2012-ci ildə yazılıb. 

Sunday, June 24, 2012

MEGABOSS - Верь мне (ft. Shole) Bu duet necə yarandı? [Audio]

Şölə Səfərəliyevanın Teymur Qarayevlə (MEGABOSS) 2011-ci ilin sonlarında yazılmış dueti.  Верь мне 
Bu duet necə yarandı sualını Şöləyə verdik. Cavabı olduğu kimi sizə təqdim edirik.
"Gəldim studiyaya,Baba (Mr.Baba) dedi ki, Şoluş (bu Şölənin studiya ləqəbidir yəqin ki) oxumaq lazımdır bir mahnıda. Soruşdum kimdir,nədir? Dedi öz uşağımızdır,oxu. Mən də yox demədim,oxudum. Cəmi yarım saata bitirdim."


Şölənin də qoşulduğu xeyriyyə tədbiri reallaşıb

İki gün öncə Bakının istirahət mərkəzlərinin birində təşkilatçılar Səbuhi Arif və Sa Sa-nın təşkil etdikləri “Bu gün YOX deyək” adlı xeyriyyə tədbiri nəhayət ki, baş tutdu. Tədbir Saray qəsəbəsində yerləşən uşaq evinin sakini olan omba çıxığından əziyyət çəkən balaca Aişənin əməliyyat olunması məqsədilə ərsəyə gəlmişdi. Tədbirdə Azərbaycanın tanınmış ulduzları Faiq Ağayev, Tünzalə Ağayeva, Lalə Məmmədova, Emil Bədəlov, Elnarə, Xatun, digər müğənnilər Kərim, Zarina Məmmədova, Günay İbrahimli, Fərid Mərd, Elşad, Nurlan Təhməzli, İntizar və “Flaminqo” qrupu, Mirkamil Kamilov, Elnur Quliyev, Şölə Səfərəliyeva, aparıcı Gülnarə Məmmədova, İstanbulda yaşayan aktyor Murat Fətullah və başqaları iştirak edirdilər. 

Friday, June 22, 2012

Şölə qonaq olduğu verilişdə evlilik andına şahid oldu

Xəbər verdiyimiz kimi,bir müddət öncə Şölə, Xaçmazda qonaq olmuş,RTV-in Azərkeş və Gün başladı verilişlərində qonaq olmuşdu. Azərkeş verilişində yaşamış maraqlı bir hadisə haqda,milli.azda yayımlanmış xəbəri sizə təqdim edirik.
Veriliş zamanı çəkilmiş fotolara buradan baxa bilərsiniz.
Populyar teleaparıcı Azər Süleymanlının təqdimatında yayımlanan verilişin qonaqlarından biri olan estrada müğənnisi Qismət tamaşaçıların marağına səbəb olan açıqlama ilə çıxış edib. 

Thursday, June 21, 2012

"Bu gün yox deyək" xeyriyyə tədbiri keçiriləcək

Xəbər verdiyimiz kimi 22 iyunda,yəni bu gün keçiriləcək xeyriyyə konsertinə,Şölə Səfərəliyeva da qatılacaq. 
Simsar.Az-ın tədbir təşkilatçıları ilə hazırladıqları müsahibəni sizə təqdim edirik.

Xəbər verdiyimiz kimi, iyun ayının 22-si təşkilatçılar Səbuhi Arif və Sahilə Qurbanova gənc reper Orxan Həyatın təşəbbüsü ilə “Bu gün yox deyək” adlı xeyriyyə aksiyası keçirəcəklər.

Wednesday, June 20, 2012

Şölə sabah Muz TV-də "Xoş gördük" verilişinin qonağı olacaq [Birbaşa izlə]

Şölə Səfərəliyeva,iyunun 21-də,saat 11:00-dan etibarən Muz Tv Azərbaycanın efirində yayımlanan "Xoş Gördük" verilişinin qonağı olacaq. 
Verilişin mövzusu "Azərbaycanda caz"dır. Digər qonaqlar isə bunlardır. Saksafon ifaçısı Rafiq Seyidzadə,müğənni cazmen Cavan Zeynallı və caz-blyuz ifaçısı, Günel Qurbanova.
Qonaqlara olan suallarınızı muz-tv.az@mail.ru email ünvanına yollaya bilərsiniz.

Tuesday, June 19, 2012

İTV-in "Yeni Gün"ü "Qaya" qrupu ilə başlayacaq [Birbaşa İzlə]

Sabah,20 iyun tarixində İTV-nin (İctimai TV) "Yeni Gün" verilişinin qonağı, "Qaya" qrupu olacaq.
Saleh Bağırovun təqdimatında yayımlanan veriliş,musiqili informasiya formatındadır.
Qrupun solisti Şölə Səfərəliyevadan aldığımız məlumata görə,onlar iki saatlıq efirin,ikinci saatından etibarən verilişə qoşulacaqlar. Müğənni veriliş zamanı,yeni yazdırdıqlar 4 mahnını da səsləndirəcəklərini əlavə edib.

Sunday, June 17, 2012

RTV tamaşaçıları günə Şölə ilə başlayacaqlar

Xəbər verdiyimiz kimi,Şölə Səfərəliyeva Xaçmazda qonaqdır. Bu gün axşam saatlarında RTV-də, "Azərkeş" verilişinin qonağı olan müğənni,Bakıya qayıtmayıb.
Şölə sabah yenidən RTV tamaşaçıları ilə görüşəcək. Belə ki, Regional TV-də yayımlanan "Gün Başladı" verilişinin ikinci saatından etibarən, müğənni həm yaradıcılığı haqda danışacaq,həm də mahnılar ifa edəcək.
Xatırladaq ki veriliş saat 8:00-dan 10:00-a qədər yayımlanır.

Şölə RTV-də "Azərkeş" verilişinin qonağı olacaq [Birbaşa izlə]

Şölə Səfərliyeva,bu gün (17 İyun) saat 21:30-dan etibarən, Regional TV-də, (RTV) Azər Süleymanlının təqdimatında yayımlanan, Azərkeş verilişinin qonağı olacaq. Əyləncəli-musiqili formatda olan veriliş ərzində,Şölənin yaradıcılığı ilə tanış olacaq,ifasını dinləyəcəksiniz.
Xatırladaq ki, RTV, Xaçmaz ərazisində yerləşir,  Region TV şirkətlər qrupuna daxildir.Verilişi,internet vasitəsiylə də,izləyə bilərsiniz.

Thursday, June 14, 2012

Şölə 15 iyunda "Enerji Drayv"da qonaq olacaq

Bu gün,15 iyun 2012-ci il tarixində, Şölə Səfərəliyeva, "Araz 103.3 fm" radiosunda, "Energy Drive" (Enerji Drayv) verilişinin qonağı olacaq. Veriliş saat 14:00-16:00 arası yayımlanacaq.
Ünvan: Park Bulvar,4-cü mərtəbə.
Canlı izləmək istəyən hər kəs dəvətlidir. 

Sunday, June 10, 2012

"Qaya" qrupunun 50 illik yubileyi Rusiyada qeyd edildi [Fotolar]

Xəbər verdiyimiz kimi, "Qaya" qrupunun yeni heyəti,əfsanəvi qrupun 50 illiyi münasibətiylə, Rusiyada təşkil edilmiş konsert proqramlarında iştirak etdi. 3 İyun tarixində vətəndən yola çıxan sənətçilər, 5 iyunda Moskvada,7 iyunda isə, Sankt Peterburqda tamaşaçılarla görüşdü. Moskvada, "Dom Muzıki"də (Musiqi Evi) təşkil edilən konserti,Polad Bülbüloğlu açıq elan etdi. Daha sonra söz, Rauf Babayevə verilib.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More