Friday, August 17, 2012

Şölə Səfərəliyeva: "Bizim ölkə insanının düşüncəsi buna hazır deyil"

"Qaya" qrupunun solisti, müğənni Şölə Səfərəliyeva tanınmış prodüser Tolikin fikirlərini müsbət qarşılayıb. Publika.Az-a danışan müğənni prodüserin fikirlərinə əsaslanaraq, şou-biznesə qatılmaq istəyən müğənnilər haqqında danışıb:
"Tolik bu yaxınlarda televiziya verilişlərinin birində müğənnilərin utanmasıyla, abır-həyasıyla bağlı çox yaxşı danışdı. Düz deyir, biz şou-biznesə qatılmaq istəyiriksə, qətiyyən nə utanmalıyıq, nə də kompleksi olan şəxslərdən olmalıyıq. Sadəcə bizim ölkənin düşüncəsi buna hazır deyil. Küçədə mini ətəkli yubka geyinən qız gəzirsə, kişilərlə yanaşı, qadınlar da ona baxacaq. Hamının diqqəti qızda olacaq. Bu düşüncəylə biz heç vaxt səhnədə həmin vəziyyətdə çıxış edə bilmərik”.
- Fuad Mədətov

0 коммент.:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More