Şölə Səfərəliyeva İTV-də "Yeni Dalğa" verilişinin qonağı olacaq. Veriliş 13 iyun tarixində, saat 14:25-də yayımlanacaq.
Səfərəliyeva ilə yanaşı efirdə Fərid Məmmədov və Aynur İskəndərli də qonaq qismində iştirak edəcək.
Efiri canlı izləmək üçün bu keçidə daxil olun.
Şölə və Sevən Ürəklər qrupu bir araya gəldi. Əlvida mahnısına çəkilmiş klip bu gün təqdim olundu.
Klipin rejissoru Dr. Nicatdır.
Sizə klipi təqdim edirik.
Gənc müğənnilər Şölə Səfərəliyeva, Xəyalə Manaflı, Lalə və Vüsalə
Bəşirova "Susmayaq" deyərək xalqa səsləndilər. ANS PRESS-in məlumatına
görə, müğənnilər "Susmayaq" adlı vətənpərvər mahnıya klip çəkdiriblər.
Şölə Səfərəliyeva həkim, Xəyalə Manaflı mələk, Lalə ana, Vüsalə Bəşirova
əsgər obrazlarını yaradıblar.
“Temp” Studiyasının ərsəyə gətirdiyi ekran işi XX əsrin milli qəhrəmanı
Çingiz Mustafayevə və XXI əsrin qəhrəmanı Mübariz İbrahimova həsr
olunub. Vətənpərvər ruhda, çağırış ampulasında çəkilən klipdə jurnalist,
Milli Qəhrəman Çingiz Mustafayevin cəbhə bölgəsindən hazırladığı
reportajlardan istifadə edilib.
Klip çox gözəl sonluqla başa çatıb: “Diqqət, diqqət! Xankəndi uğrunda
gedən döyüşlər başa çatdı. Azərbaycan ordusu erməni separatçı
qüvvələrini darmadağın elədi. İndi bütöv Qarabağ nəzarətimiz altındadır.
Gözün aydın, Azərbaycan!"
Klipi rejissor Türkan Azəri, operatorlar Yuniz Əliyev, Vaqif Rəşidov
ekranlaşdırıblar. Montaj işlərini Aleksandr Anişenko edib.
Şölə Səfərliyevadan təzə xəbərlər var. Dekabrın əvvəllərində müğənni, dostu Səməd İsmayılzadə ilə ikinci fotosessiyaya çəkilib. Müğənninin ciddi, sərt obrazda canlandırıldığı fotolara aşağıda baxa bilərsiniz.
Bundan başqa Səfərəliyeva, ötən həftə 10-a qədər say mahnısını da yazdırıb. Mahnı RnB janrındadır, söz və musiqisi Yunis Əliyevə məxsusdur. Bu ifaya klip də çəkdirən müğənni, yaxın vaxtlarda tamaşaçılarını sevindirəcək.
Şölə Səfərəliyeva yenə Xaçmazdadır. Müğənni RTV kanalında çəkilişlərdə iştirak üçün şimal bölgəsinə gedib.
O həmçinin canlı efirdə də qonaq qismində iştirak edəcək.
RTV-ni internetdən canlı olaraq izləmək üçün aşağıdakı keçidə daxil olun.
Şölə Səfərəliyeva sabah, saat 10:00-dan etibarən İctima TV-nin qonağı olacaq. Bu barədə müğənni, özünün facebook profilndə yazıb.
İTV-ni canlı olaraq izləmək üçün, www.it.az saytına daxil olun.
Bu gün Şölə Səfərəliyevanın doğum günüdür. Müğənnini təbrik edir,ona yaradıcılıq nəaliyyətləri diləyir və şəxsi həyatında uğur arzulayırıq.
____ Gənc müğənni Şölə Səfərəliyeva “Xəbəri yox” mahnısına klip çəkdirib. Dostlarından klip hədiyyə almağa alışan və bu gün ad gününü qeyd edən müğənniyə bu klip də rejissor Elnur Axundovtərəfindən hədiyyə olunub.
Şölə Səfərəliyeva, daha bir mahnısına klip çəkdirib. Söhbət yenicə işıq üzü görmüş "Ola bilməz" mahnısına çəkilmiş klipdən gedir. Mahnı və klip "Temp Production" tərəfindən ərsəyə gətirilib. Müğənni mahnıya dəlisov bir klip çəkdiklərini bildirib. Ekran əsərində baş rolu, "avropa.az" radiosunun xanım dj-i Ləman Ayxan canlandırıb. Klipin tezliklə təqdim ediləcəyi gözlənilir.
“Qaya” Dövlət
ansamblında solist olmaqla yanaşı, həm də solo fəaliyyət göstərən gənc vokalçı
Şölə Səfərəlieva Azərbaycanin milli qəhrəmanları Çingiz Mustafayevin və Mübariz
İbrahimovun xatirəsinə həsr olunmuş klipi təqdim edəcək. Bu ifaçının və onun
tərəf müqabillərinin doğum gününə təsadüf edəcək. Gənc müğənni repertuarında
yer alan “Ola bilməz” mahnısına da klip çəkdirməyə hazırlaşır.
Son zamanlar başı aparıcılığa qarışan Şölə,nəhayət ki yaradıcılığı üçün bir ilkə imza atmağa zaman tapdı. Söhbət Xəzərin sahilində yerləşən "Sea Breeze" oteldə,açıq meydanda, 5 musiqiçinin müşaiyəti ilə keçirilən, mini konsertdən gedir. Bu çıxış Şölə Səfərəliyevanın yaradıcılığı ərzində, ən böyük solo çıxış kimi də əlamətdar olub. Gecə boyu canlı ifada klassik musiqilər,caz,xarici estrada nümunələri səsləndirilib. Şöləyə dəstək olmaq üçün, tanınmış müğənni Nura Surinin də mahnılar ifa etməsi,gecəyə əlavə rəng qatıb.
Müğənniliklə kifayətlənməyib,özünü əksər sahələrdə sınaqdan keçirmiş Şölə,indi də efirdən sizi salamlayır. Özü də qonaq kimi yox, VJ Star qismində. İyulun 9-dan fəaliyyətə başlayan gənclərin kanalı "Chat Box"da (Çat Boks) Şölə Səfərəliyevanı da izləmək şansınız var. O artıq həm də, tv aparıcıdır. Şölədən aldığımız məlumata görə, efiri kabel tv istifadəçiləri izləyə bilər. Şölənin efir vaxtlarını sizin nəzərinizə çatdırırıq. Verilişi yaxın günlərdə internet vasitəsiylə də izləyə biləcəksiniz. www.chatbox.az
Şölə Səfərəliyeva 4 iyul tarixində Lider TV-də Murad Arifin təqdimatında yayımlanan Solo verilişinin qonağı olub. Veriliş saat 13:30-14:00 arası yayımlanıb. Murad Arif Şöləyə saç düzümü və digər mövzularda suallar ünvanlayıb. Şölə bu sualları cavablamaqla bərabər, repertuarından bəzi mahnıları da ifa edib. Verilişdən bəzi fraqmentləri sizə təqdim edirik.
Azərbaycan Müəllimlər İnstitunda “Məzun günü” keçirildi. Tədbirdə institutun rəhbərliyi, tələbə-məzunlar, təhsil nazirinin müavini Qulu Novruzov, Nərimanov Rayon İcra Hakimiyəti başçısının birinci müavini Şahmar İbadov, YAP Nərimanov rayon təşkilatının sədri Təhmiraz Tağıyev iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan institutun rektoru, millət vəkili Aqiyə Naxçıvanlı məzunları təbrik edib və onlara uğurlar arzulayıb.
Şölə Səfərəliyevanın
Teymur Qarayevlə (MEGABOSS) 2011-ci ilin sonlarında yazılmış dueti. Верь мне
Bu
duet necə yarandı sualını Şöləyə verdik. Cavabı olduğu kimi sizə təqdim edirik.
"Gəldim
studiyaya,Baba (Mr.Baba) dedi ki, Şoluş (bu Şölənin studiya ləqəbidir yəqin ki)
oxumaq lazımdır bir mahnıda. Soruşdum kimdir,nədir? Dedi öz uşağımızdır,oxu. Mən
də yox demədim,oxudum. Cəmi yarım saata bitirdim."
İki gün öncə Bakının istirahət mərkəzlərinin birində təşkilatçılar Səbuhi Arif və Sa Sa-nın təşkil etdikləri “Bu gün YOX deyək” adlı xeyriyyə tədbiri nəhayət ki, baş tutdu. Tədbir Saray qəsəbəsində yerləşən uşaq evinin sakini olan omba çıxığından əziyyət çəkən balaca Aişənin əməliyyat olunması məqsədilə ərsəyə gəlmişdi. Tədbirdə Azərbaycanın tanınmış ulduzları Faiq Ağayev, Tünzalə Ağayeva, Lalə Məmmədova, Emil Bədəlov, Elnarə, Xatun, digər müğənnilər Kərim, Zarina Məmmədova, Günay İbrahimli, Fərid Mərd, Elşad, Nurlan Təhməzli, İntizar və “Flaminqo” qrupu, Mirkamil Kamilov, Elnur Quliyev, Şölə Səfərəliyeva, aparıcı Gülnarə Məmmədova, İstanbulda yaşayan aktyor Murat Fətullah və başqaları iştirak edirdilər.
Xəbər verdiyimiz kimi,bir müddət öncə Şölə, Xaçmazda qonaq olmuş,RTV-in Azərkeş və Gün başladı verilişlərində qonaq olmuşdu. Azərkeş verilişində yaşamış maraqlı bir hadisə haqda,milli.azda yayımlanmış xəbəri sizə təqdim edirik. Veriliş zamanı çəkilmiş fotolara buradan baxa bilərsiniz. Populyar teleaparıcı Azər Süleymanlının təqdimatında yayımlanan verilişin qonaqlarından biri olan estrada müğənnisi Qismət tamaşaçıların marağına səbəb olan açıqlama ilə çıxış edib.
Xəbər verdiyimiz kimi 22 iyunda,yəni bu gün keçiriləcək xeyriyyə konsertinə,Şölə Səfərəliyeva da qatılacaq. Simsar.Az-ın tədbir təşkilatçıları ilə hazırladıqları müsahibəni sizə təqdim edirik.
Xəbər verdiyimiz kimi, iyun ayının 22-si təşkilatçılar Səbuhi
Arif və Sahilə Qurbanova gənc reper Orxan Həyatın təşəbbüsü ilə “Bu gün yox deyək”
adlı xeyriyyə aksiyası keçirəcəklər.
Şölə Səfərəliyeva,iyunun 21-də,saat 11:00-dan etibarən Muz Tv Azərbaycanın efirində yayımlanan "Xoş Gördük" verilişinin qonağı olacaq. Verilişin mövzusu "Azərbaycanda caz"dır. Digər qonaqlar isə bunlardır. Saksafon ifaçısı Rafiq Seyidzadə,müğənni cazmen Cavan Zeynallı və caz-blyuz ifaçısı, Günel Qurbanova. Qonaqlara olan suallarınızı muz-tv.az@mail.ru email ünvanına yollaya bilərsiniz.
Sabah,20 iyun tarixində İTV-nin (İctimai TV) "Yeni Gün" verilişinin qonağı, "Qaya" qrupu olacaq. Saleh Bağırovun təqdimatında yayımlanan veriliş,musiqili informasiya formatındadır. Qrupun solisti Şölə Səfərəliyevadan aldığımız məlumata görə,onlar iki saatlıq efirin,ikinci saatından etibarən verilişə qoşulacaqlar. Müğənni veriliş zamanı,yeni yazdırdıqlar 4 mahnını da səsləndirəcəklərini əlavə edib.
Şölə Səfərliyeva,bu gün (17 İyun) saat 21:30-dan etibarən, Regional TV-də, (RTV) Azər Süleymanlının təqdimatında yayımlanan, Azərkeş verilişinin qonağı olacaq. Əyləncəli-musiqili formatda olan veriliş ərzində,Şölənin yaradıcılığı ilə tanış olacaq,ifasını dinləyəcəksiniz.
Xatırladaq ki, RTV, Xaçmaz ərazisində yerləşir, Region TV şirkətlər qrupuna daxildir.Verilişi,internet vasitəsiylə də,izləyə bilərsiniz.