Tuesday, January 15, 2013

4 gənc xanım "Susmayaq" deyə səsləndi (VİDEO)

Gənc müğənnilər Şölə Səfərəliyeva, Xəyalə Manaflı, Lalə və Vüsalə Bəşirova "Susmayaq" deyərək xalqa səsləndilər. ANS PRESS-in məlumatına görə, müğənnilər "Susmayaq" adlı vətənpərvər mahnıya klip çəkdiriblər. Şölə Səfərəliyeva həkim, Xəyalə Manaflı mələk, Lalə ana, Vüsalə Bəşirova əsgər obrazlarını yaradıblar.

“Temp” Studiyasının ərsəyə gətirdiyi ekran işi XX əsrin milli qəhrəmanı Çingiz Mustafayevə və XXI əsrin qəhrəmanı Mübariz İbrahimova həsr olunub. Vətənpərvər ruhda, çağırış ampulasında çəkilən klipdə jurnalist, Milli Qəhrəman Çingiz Mustafayevin cəbhə bölgəsindən hazırladığı reportajlardan istifadə edilib.

Klip çox gözəl sonluqla başa çatıb: “Diqqət, diqqət! Xankəndi uğrunda gedən döyüşlər başa çatdı. Azərbaycan ordusu erməni separatçı qüvvələrini darmadağın elədi. İndi bütöv Qarabağ nəzarətimiz altındadır. Gözün aydın, Azərbaycan!"

Klipi rejissor Türkan Azəri, operatorlar Yuniz Əliyev, Vaqif Rəşidov ekranlaşdırıblar. Montaj işlərini Aleksandr Anişenko edib.

0 коммент.:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More