Şölədən yepyeni xəbərlər (Fotolar)

Dekabrın əvvəllərində müğənni, dostu Səməd İsmayılzadə ilə ikinci fotosessiyaya çəkilib.

This is default featured post 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured post 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured post 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured post 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Showing posts with label FotoSessiya. Show all posts
Showing posts with label FotoSessiya. Show all posts

Monday, December 17, 2012

Şölədən yepyeni xəbərlər (Fotolar)

Şölə Səfərliyevadan təzə xəbərlər var. Dekabrın əvvəllərində müğənni, dostu Səməd İsmayılzadə ilə ikinci fotosessiyaya çəkilib. Müğənninin ciddi, sərt obrazda canlandırıldığı fotolara aşağıda baxa bilərsiniz.
Bundan başqa Səfərəliyeva, ötən həftə 10-a qədər say mahnısını da yazdırıb. Mahnı RnB janrındadır, söz və musiqisi Yunis Əliyevə məxsusdur. Bu ifaya klip də çəkdirən müğənni, yaxın vaxtlarda tamaşaçılarını sevindirəcək.

Sunday, June 10, 2012

"Qaya" qrupunun 50 illik yubileyi Rusiyada qeyd edildi [Fotolar]

Xəbər verdiyimiz kimi, "Qaya" qrupunun yeni heyəti,əfsanəvi qrupun 50 illiyi münasibətiylə, Rusiyada təşkil edilmiş konsert proqramlarında iştirak etdi. 3 İyun tarixində vətəndən yola çıxan sənətçilər, 5 iyunda Moskvada,7 iyunda isə, Sankt Peterburqda tamaşaçılarla görüşdü. Moskvada, "Dom Muzıki"də (Musiqi Evi) təşkil edilən konserti,Polad Bülbüloğlu açıq elan etdi. Daha sonra söz, Rauf Babayevə verilib.

Monday, May 21, 2012

Mübariz İbrahimova həsr edilmiş klipin çəkilişləri sona çatdı

“Temp” studiyası Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə mahnı ərsəyə gətirib. Mahnı 4 xanım ifaçının – Şölə Səfərəliyeva, Xəyalə Manaflı, Vüsalə Bəşirova və Lalə adlı müğənninin ifasında lentə alınıb. Sözləri Mr.Babaya və musiqisi Türkay Azəriyə məxsus olan mahnının klip çəkilişləri artıq yekunlaşıb. 
Şölə Səfərəliyeva,çəkiliş prosesindən danışıb. 

Thursday, April 19, 2012

Şölə "Günah" serialında Aynur rolunu canlandıracaq [Fotolar]

Şölə Səfərəliyevanın seriala çəkiləcəyi barədə xəbər vermişdik. Bu barədə müğənni , Trend Life-a açıqlamasında ətraflı məlumat verib.  Ssenari ilə tanış olduqdan sonra, filmə çəkilməyə razılıq verdiyini bildirən Şölə, bu çəkilişlərin özü üçün eksperiment olacağını da əlavə edib.  Müğənni həmçinin,izləyicilərin  onların işindən razı qalacaqlarına ümid etdiyini də bildirib.
Xatırladaq ki "Günah" adlanan serialın rejissoru Ramil Ağasıyevdir. Şölə Səfərəliyeva, serialda Aynur rolunu canlandıracaq. Serialın tanıtım çarxını və digər məlumatları da bloqdan əldə edə bilərsiniz.  







Wednesday, April 18, 2012

Şölə debüt albom və digər planlarından danışdı [FotoSessiya]

1news.az saytına müsahibə verən Şölə Səfərəliyeva,gələcək planlarından danışıb. 2012-ci ilin fevral ayında, RnB janrında olan və Mr.Babanın sözlərinə yazılmış, “Sən,Rəssam” debüt klipini tamaşaçılara təqdim edən Şölə, 2012-ci ilin ona düşərli olduğunu bildirib.

“2012 mənim üçün yaxşı başladı. Çoxlu yaradıcı xəbərlər, radio və televiziya verilişlərinə dəvətlər aldım. İl çox sürətlə başladı və mən özümə söz verdim ki dayanmayacağam,  həmişə yaradıcı axtarışlarda olacağam.” Şölə həmçinin tamaşaçı və dinləyicilər üçün hər zaman maraqlı olmağın vacib olduğunu da əlavə edib.

Şölə Səfərəliyeva öz uğurlarında dostluğu əsas motivasiya hesab edir. Şölənin dediyinə görə məhz dostlarının “niyə işləmirsən”, “niyə solo mahnıların yoxdur” sualları onu oyadıb.

Mən də, “niyə də yox?” deyib başladım. İndi dayana bilmərəm. Mən, dəstəkləri üçün dostlarıma çox təşəkkür edirəm və  şadam ki, tale mənə məhz onlar kimi dostları hədiyyə edib. Mən 2003-cü ildən səhnədəyəm və yaradıcılıq fəaliyyətimin 10 yaşı münasibəti ilə, albom buraxmağa hazırlaşıram. Alboma daxil ediləcək mahnılar artıq hazırlanır.

Müğənni albomuna daxil ediləcək mahnılardan da danışıb. Mahnıların Rauf Babayevə,Gövhər Həsənzadəyə,Vüsalə Hikmətə,reper Mr.Babaya aid olacağını bildirən müğənni, Rauf Babayevin ərsəyə gətirəcəyi mahnının sözlərini,özünün yazdığını da əlavə edib.

Müğənni yeni imici və fotosessiya barədə də danışıb. Fotoqraf Səməd İsmayılzadə ilə facebook sosial şəbəkəsində tanış olduğunu bildirən Şölə, debüt albomu üçün etdirəcəyi fotosessiyanı da məhz ona həvalə edəcəyini  bildirib.

“Biz fotosessiya üçün çoxdan razılaşmışdıq, amma əlverişli hava şəraiti yox idi deyə,yalnız indi fotosessiya etmək qərarına gəldik. Yaxın vaxtlarda  mənim hippi obrazında olacağım daha bir fotosessiyanı təqdim edəcəyik. Səmədin çəkiliş meydançasındakı işini mən çox bəyəndim. Mən əvvəllər belə çəkilişlərdə olmamışdım ”

Müğənni həmçinin yaxın vaxtlarda “Günah” serialında da, baş rollardan birinə çəkiləcəyini əlavə edib.

Sizə Şölə Səfərəliyevanın Son Fotosessiyasını təqdim edirik. Xəbər Portalına verilmiş müsahibə rus dilindədir. 

















Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More