Friday, June 22, 2012

Şölə qonaq olduğu verilişdə evlilik andına şahid oldu

Xəbər verdiyimiz kimi,bir müddət öncə Şölə, Xaçmazda qonaq olmuş,RTV-in Azərkeş və Gün başladı verilişlərində qonaq olmuşdu. Azərkeş verilişində yaşamış maraqlı bir hadisə haqda,milli.azda yayımlanmış xəbəri sizə təqdim edirik.
Veriliş zamanı çəkilmiş fotolara buradan baxa bilərsiniz.
Populyar teleaparıcı Azər Süleymanlının təqdimatında yayımlanan verilişin qonaqlarından biri olan estrada müğənnisi Qismət tamaşaçıların marağına səbəb olan açıqlama ilə çıxış edib. 


Müğənni, proqramın irəliləyən dəqiqələrində “nə vaxt evlənəcəksən” sualına cavab olaraq deyib ki, o, şimal bölgəsindən, xüsusilə də, əslən xaçmazlı olan bir xanımla ailə qurmaq istəyindədir. Şou yaratmaqda pərgar olan Azər Süleymanlı müğənninin dilindən səslənən bu fikirləri şişirdərək sözündə durmağından ötrü qonağını and içməyə belə vadar edib.
Qismətlə birlikdə “Azərkeş”də qonaq olan müğənni Şölə Səfərəliyeva da baş verənlərə biganə qalmayıb. Belə qərara alınıb ki, Qismət üçün tezliklə nişanlı tapıldıqdan sonra  təmtəraqlı toy Xaçmazda çalınacaq. Aparıcılığını Süleymanlı, əsas müğənni kimi isə Səfərəliyevanın edəcəyi xeyir işdə Bakıdan da məşhur qonaqların dəvət olunacağı bir neçə dəqiqənin içində dəqiqləşib. Sakit təbiəti ilə seçilən müğənni şəxsi həyatının detallarına qədər müzakirə olunmasından heç də narahatçılıq keçirməyib. Əksinə, studiyada səslənən “Vazğalı” havasına qol götürüb oynamağı ilə diqqət çəkib.

0 коммент.:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More