1news.az saytına müsahibə verən Şölə
Səfərəliyeva,gələcək planlarından danışıb. 2012-ci ilin fevral ayında, RnB
janrında olan və Mr.Babanın sözlərinə yazılmış, “Sən,Rəssam” debüt klipini
tamaşaçılara təqdim edən Şölə, 2012-ci ilin ona düşərli olduğunu bildirib.
“2012
mənim üçün yaxşı başladı. Çoxlu yaradıcı xəbərlər, radio və televiziya
verilişlərinə dəvətlər aldım. İl çox sürətlə başladı və mən özümə söz verdim ki
dayanmayacağam, həmişə yaradıcı
axtarışlarda olacağam.” Şölə həmçinin tamaşaçı və dinləyicilər üçün hər zaman
maraqlı olmağın vacib olduğunu da əlavə edib.
Şölə
Səfərəliyeva öz uğurlarında dostluğu əsas motivasiya hesab edir. Şölənin
dediyinə görə məhz dostlarının “niyə işləmirsən”, “niyə solo mahnıların yoxdur”
sualları onu oyadıb.
Mən
də, “niyə də yox?” deyib başladım. İndi dayana bilmərəm. Mən, dəstəkləri üçün
dostlarıma çox təşəkkür edirəm və şadam
ki, tale mənə məhz onlar kimi dostları hədiyyə edib. Mən 2003-cü ildən səhnədəyəm
və yaradıcılıq fəaliyyətimin 10 yaşı münasibəti ilə, albom buraxmağa
hazırlaşıram. Alboma daxil ediləcək mahnılar artıq hazırlanır.
Müğənni
albomuna daxil ediləcək mahnılardan da danışıb. Mahnıların Rauf Babayevə,Gövhər
Həsənzadəyə,Vüsalə Hikmətə,reper Mr.Babaya aid olacağını bildirən müğənni, Rauf
Babayevin ərsəyə gətirəcəyi mahnının sözlərini,özünün yazdığını da əlavə edib.
Müğənni
yeni imici və fotosessiya barədə də danışıb. Fotoqraf Səməd İsmayılzadə ilə
facebook sosial şəbəkəsində tanış olduğunu bildirən Şölə, debüt albomu üçün
etdirəcəyi fotosessiyanı da məhz ona həvalə edəcəyini bildirib.
“Biz fotosessiya üçün çoxdan
razılaşmışdıq, amma əlverişli hava şəraiti yox idi deyə,yalnız indi fotosessiya
etmək qərarına gəldik. Yaxın vaxtlarda
mənim hippi obrazında olacağım daha bir fotosessiyanı təqdim edəcəyik.
Səmədin çəkiliş meydançasındakı işini mən çox bəyəndim. Mən əvvəllər belə
çəkilişlərdə olmamışdım ”
Müğənni
həmçinin yaxın vaxtlarda “Günah” serialında da, baş rollardan birinə
çəkiləcəyini əlavə edib.
Sizə
Şölə Səfərəliyevanın Son Fotosessiyasını təqdim edirik. Xəbər Portalına
verilmiş müsahibə rus dilindədir.
0 коммент.:
Post a Comment