İki gün öncə Bakının istirahət mərkəzlərinin birində təşkilatçılar Səbuhi Arif və Sa Sa-nın təşkil etdikləri “Bu gün YOX deyək” adlı xeyriyyə tədbiri nəhayət ki, baş tutdu. Tədbir Saray qəsəbəsində yerləşən uşaq evinin sakini olan omba çıxığından əziyyət çəkən balaca Aişənin əməliyyat olunması məqsədilə ərsəyə gəlmişdi. Tədbirdə Azərbaycanın tanınmış ulduzları Faiq Ağayev, Tünzalə Ağayeva, Lalə Məmmədova, Emil Bədəlov, Elnarə, Xatun, digər müğənnilər Kərim, Zarina Məmmədova, Günay İbrahimli, Fərid Mərd, Elşad, Nurlan Təhməzli, İntizar və “Flaminqo” qrupu, Mirkamil Kamilov, Elnur Quliyev, Şölə Səfərəliyeva, aparıcı Gülnarə Məmmədova, İstanbulda yaşayan aktyor Murat Fətullah və başqaları iştirak edirdilər.
Tədbirin aparıcıları Rəşad Kəsəmənli və Kəmalə Piriyeva idi. Açılış edən aparıcılar ilk olaraq səhnəyə tədbirin siması sayılan reper Orxan Həyatı dəvət etdilər və o, ilk mahnısını oxudu. Daha sonra xalq artisti Faiq Ağayev səhnəyə çıxıb balaca Aişəyə Allahdan can sağlığı dilədi və öz musiqi töhfəsini ərməğan etdi. Onun ardınca digər sənətçilər də səhnədə yer alıb, insan həyatında olan pis vərdişlərə yox deyərək, oxudular. Sonda yenə də Orxan Həyat səhnəyə çıxaraq, bir neçə replə tədbiri bağladı. Beləcə, tədbir xoş əhval-ruhiyyə ilə sona yetdi.
Mənbə: SimSar.Az

0 коммент.:
Post a Comment