"Qaya" qrupunun
solisti, müğənni Şölə Səfərəliyeva tanınmış prodüser Tolikin fikirlərini müsbət
qarşılayıb. Publika.Az-a danışan müğənni prodüserin fikirlərinə əsaslanaraq,
şou-biznesə qatılmaq istəyən müğənnilər haqqında danışıb:
"Tolik bu yaxınlarda televiziya verilişlərinin birində müğənnilərin
utanmasıyla, abır-həyasıyla bağlı çox yaxşı danışdı. Düz deyir, biz şou-biznesə
qatılmaq istəyiriksə, qətiyyən nə utanmalıyıq, nə də kompleksi olan şəxslərdən
olmalıyıq. Sadəcə bizim ölkənin düşüncəsi buna hazır deyil. Küçədə mini ətəkli
yubka geyinən qız gəzirsə, kişilərlə yanaşı, qadınlar da ona baxacaq. Hamının
diqqəti qızda olacaq. Bu düşüncəylə biz heç vaxt səhnədə həmin vəziyyətdə çıxış
edə bilmərik”.
- Fuad Mədətov
0 коммент.:
Post a Comment