Şölə Səfərəliyeva xeyriyyə aksiyasına qoşulacaq. İyun ayının sonlarında təşkil ediləcək tədbirə, Şölə ilə bərabər çox sayda tanınmış müğənninin də qatılacağı bildirilir. SimSar.Azın tədbir haqda yaydığı xəbəri sizə təqdim edirik.
22
İyun tarixində Bakının gözəl istirahət
məkanlarından olan “Club44&South club”da xeyriyyə məqsədilə tədbir
keçiriləcək.
Sənətçilərin xüsüsi hazırlığı ilə baş tutacaq tədbirdə əsas məqsəd müxtəlif aksiyalarla insanların maariflənməsi olacaq.
Sənətçilərin xüsüsi hazırlığı ilə baş tutacaq tədbirdə əsas məqsəd müxtəlif aksiyalarla insanların maariflənməsi olacaq.
Tədbirin aparıcıları Rəşad Kəsəmənli və Kəmalə Piriyeva olacaq. Tədbirdən yığılan maddi gəlir omba çıxığından əziyyət çəkən 8 yaşlı Aişə Əfəndiyevanın əməliyyatına xərclənəcək.
Tədbirin təşkilatçıları Səbuhi Arif və Sa Sa Sondur.
İnformasiya dəstəyi www.simsar.az , www.world.az və www.orxanabbasov.az saytlarına məxsusdur.
0 коммент.:
Post a Comment