Tuesday, May 1, 2012

Şölə özünü şairə kimi də sınayır. İnan Mənə (Mahnı Sözləri)

Özünü incəsənətin əksər sahələrində sınayan Şölə, mahnı sözləri də yazır. 2003-cü ildə, iştirak etdiyi "Sing your Song"  müsabiqəsində,sözlərini özü yazdığı mahnını ifa edən müğənni,indi də bu fəaliyyətini davam etdirir. Hal-hazırda, "Qaya" dövlət ansamblında, solist kimi fəaliyyət göstərən Səfərəliyeva,Rauf Babayevin də bəstələrinə şeirlər yazır. Şölə, "Azərbaycan" adlı ilk şeirini 1997-ci ildə yazıb. 
Sizə,Şölə Səfərəliyevanın 2003-cü ildə yazdığı, "İnan Mənə" parçasını təqdim edirik. Mahnının musiqisi, Nigara məxsusdur.





"İnan Mənə"





Həyatıma gələnə qədər,
Bütün ömrüm keçirdi hədər.
Nə üçün yağış yağır?!
Nə üçün çaylar axır?!
Bilmirəm


Dünyam sənsiz zülmətli gecə

Onu işıqlandırım necə?!
Qaytardın ümidləri,
İtdi qəmi,kədəri
Qəlbimin


Nəqarət:

Sənə olan sevgimdə,
Bir işıq vardır,yayılır o
Aləmə,aləmə
Sənsiz açılmaz güllər,
Oyanmaz səhər,inan mənə,
Bu sevən qəlbimə.


Yanımdasan,heç yoxdur dərdim,
Bunu gecə-gündüz dilərdim,
Tənha qalan anlarda,
Ötən xəyallarımda söylərdim

Nəqarət:

Sənə olan sevgimdə,
Bir işıq vardır,yayılır o
Aləmə,aləmə
Sənsiz açılmaz güllər,
Oyanmaz səhər,inan mənə,
Bu sevən qəlbimə.



0 коммент.:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More