Bu müsahibə,16 Mart 2012-ci ildə Milli.Az xəbər portalı üçün alınıb. Geniş müsahibə zamanı çox maraqlı məqamlara toxunulub.Oxuya və fikirlərinizi bölüşə bilərsiniz. Müsahibədə oranjiman ediləcəyi qeyd edilən Xəbəri Yox mahnısı artıq hazırlanıb. Mahnını bloqdan və Şölənin Rəsmi Youtube kanalından əldə edə bilərsiniz
Gənc müğənni Şölə Səfərəliyevanın Milli.Az-a müsahibəsi.
- Özünüz bu sənəti seçdiniz, yoxsa kimsə sizin bu sənətə gəlməyinizə səbəb oldu?
- Lap uşaqlıqdan 3 arzum olub müğənni, aparıcı və müəllim olmaq. Özümü dərk edəndən oxuyuram, çarpayımda, valideyinlərimlə yolda gedəndə, axşam pəncərənin önündə aya, ağaclara baxanda. Çox vaxtda Ave Maria oxuyurdum. Atam hələ mənə "yonika" da almışdı, mən, qardaşım və ailəmizdən ibarət musiqi qurupumuz var idi (gülür).
- Müğənni olmusunuz. Aparıcı və müəllim necə?
- Əslində xoşbəxtəm ki, 3 arzum real olub. Bu, bütün uşaqlara nəsib olmur. Azərbaycan dili və ədəbiyyat fakültəsini bitirməklə həm aparıcılıq üçün danışığımı təkmilləşdirdim, həm də məzun olandan sonra məktəbdə dərs dedim. Hətta 21 saylı Rostropoçivlər adlı musiqi məktəbində böyük uşaq xorunun müəllimliyini direktor mənə həvalə etdi. Aparıcılığa gəlincə isə “Qaya” Dövlət ansamblının tərkibində iştirak etdiyimiz bütün tədbir və verlişlərdə elə mən danışıram. Həm “Bəri bax”-dan gələn yeganə solist kimi, həm də 16 illik səhnə stajı və diksiyasi olan bir iştirakçı kimi. Narazı deyiləm, amma ümid edirəm ki, bir gün öz müəllif layihəm olar. Əslində 2011-də televiziyaların birində bitirdiyim Azərbaycan USA Media Akademiyası vasitəsilə televiziyada işə qəbul olunmuşam. Sadəcə” Qaya”-ya olan sevgim vaxt baxımından məni digər fəaliyyətlərdən saxlayır.
- Yeni klip çəkdirmisiniz. Bu klipiniz digər kliplərdən nə ilə fərqlənir?
- Bu gün artıq heç kimi, heç nə ilə təəccübləndirmək olmur. Xaricdən gələn informasiya o qədər boldur ki, deyərdim hətta bu səbəbdən təkrarçılıq da az deyildir. Bizim klipin əsas fərqliliyi ondan ibarətdir ki, biz bu işi rəssama həsr etmişik. Hər halda yanılmıramsa, rəssam haqqında mahnı eşitməmişəm. İkincisi isə klipin sujet xətti çox sadədir, ağ və qara köynəkli ifaçı xanım. Amma ikinci bənddən etibarən makiyajın göz yaşları ilə pozulub dəli obrazında hətta deyərdim qorxunc siması ilə ifası fərqli alınıb. Etiraf edim ki, rejissor məndən bu makiyaj və obrazı almağı tələb edəndə mən etiraz etdim və dedim ki, eybəcər görünə bilərəm. Bir iş edəcəyik o da belə? (gülür). Amma təkid nəticəsində gördüyünüz kadrlar alındı. Dedilər bəsdir yaxşı qız oldun, bir dəfə də dəli qız ol, eh... razılaşdım (gülür). Yox demirəm ki, şahanə iş ərsəyə gətirmişik, necə deyərlər kasıbın olanından. Var olsun dostlarım (gülür).
- Sizcə sponsor ifaçıya nəyə görə lazımdır?
- İfaçıya maliyyə dəstəyi mütləqdir, mahnı, klip, paltar, görünüş hamısı pul tələb edir. Amma bunun müqabilində ifaçı satılmamalıdır. O olmasa, olur mənim kimi ifaçı (gülür). Yəni ayağını yorğanına görə uzadan (gülür). Bəlkə də köhnə fikirli olduğumu deyən olacaq, amma şou-biznesin uzuclaşan tələbləri var. Mənim isə səmimi dost-tanışda bəxtim gətirib. Kim isə studiyaya, mahnıya, efirə pul tökəndə mənim dostlarım mənə təmənnasız kömək edirlər (gülür).
- “Qaya”qrupuna gəlişinizi xatırlayırsınız?
- Əlbəttə, xatırlayıram. 11 yaşım var idi, 1995-ci ilin oktyabırın 2-də Rauf müəllim bizim 21 saylı musiqi məktəbinə vokal dərsi deməyə gəlmişdi. Yadımdadır bazar günü idi, xor dərsində idim. Müəlliməm səsimə görə mənim də gedib özümü sınamağımı məsləhət gördü. Dəqiq yadımda deyil, deyəsən “Can Azərbaycan” mahnısını oxudum, bəyənildim və Rauf müəllim məni vokal dərsinə götürdü. Rauf müəllim cəmi 2, 3 dərsdən sonra çoxsəsli ifadan elə həvəsləndi ki, ”Bəri bax” qrupunu yaratmaq fikrinə gəldi. Cəmi 3 aya 2 mahnı hazırlayıb, gənclərin ilk forumunda sarayda ilk çıxışımız, uğurumuz oldu. 2007-ci ildən “Bəri bax”, ”Qaya” adını aldı. ”Bəri bax”-dan qalan yeganə solist oldum. Artıq 16-cı ildir ki, bu qrupun tərkibindəyəm.
- Azərbaycan estradasında dinlədiyiniz müğənnilər var?
- Mənim üçün müğənni fərq etmir, əsas mahnı və ifa keyfiyyətli, ürəyəyatan olsun. Həm eyni müğənninin bütün repertuarını bəyənmək qeyri-mümkün olardı məncə (gülür).
- Necə düşünürsünüz, özünüzü bu sənətdə tam sübut edə bilmisiniz?
- Əlbəttə ki, yox. Mənim fikrimcə, bu, heç vaxt olmayacaq (gülür). Çünki ildən-ilə təcrübən artdıqca geridəkilərə baxanda səhv tapmamaq qeyri-mümkündür. Həm o gün ki, mənəm-mənəm dedin, artıq inkişafın olmayacaq deməkdir.
- Niyə şou-biznesdə yoxsunuz?
- Uşağlıqdan böyük səhnələr görmüşəm və necə deyərlər gözütoxam. Şou-biznesə gəlincə isə deyərdim ki, bizdə şou-biznes var, yəni restoranlarda yarım saatlıq ifa. Qətiyyən təbiətimlə uzlaşmır. Etiraf edim ki, bir dəfə “Azəri star” müsabiqəsindən sonra 1 restorana işə düzəlməyə getdim. Elə gələn kimi administrator mənə baxıb dedi budur Şölə? Bu balaca "skromnıy" qız? Mən isə elə bilirdim ki, deyəcəklər ki, oxusun baxaq (gülür). Nə isə, səhnəyə çıxdım, pis-yaxşı tanıyırdılar, telefonla çəkməyə cəhd edənlər də oldu. İştahla yeyib, baxan yekəqarın kişiləri görəndə ikrah hissi oyandı, üzümü çevirirdim ki, çəkən olmasın. Bir sözlə, özümə söz verdim ki, bu, birinci və axırıncı idi. Çıxışdan sonra administrator xəbər etdi ki, səsə söz yox, amma bizə başqa planda qız lazımdır. Mənsə buna sevindim (gülür).
Uzun sözün qısası, az oxuyub, az qazanacağam, yəni tələbatlarım az olacaq. Əslində mən canlı ifanı sevirəm, qoy mən bu gün 1 yerdə 2 saat oxuyum, az pul alım, amma ürəyimi mahnılarımla boşaldım. Nə bilim, bəlkə də yerimdə başqası olsaydı, bu imkandan səmərəli istifadə edərdi (gülür). Mən beləyəm də, fərasətsizəm (gülür). Bəlkə də əqli tərbiyəm buna imkan vermir.
- “Eurovision” musabiqəsinin seçim turundakı iştirakınız sizə nə verdi?
- Əslində “Eurovision”a getmək fikrim olmayıb, amma necə oldusa, qatıldım. Mənə nə verdi deyəndə ki, bir daha canlı ifa sərgilədim, tamaşaçı məni yada saldı, praktikam da azacıq artdı (gülür).
- Deyirlər məhəbbətlə nifrət arasında bir addım yol var. Siz necə, o addımı atmısınız?
- Məhəbbətlə nifrət arasındakı məsafəni, düzü, dəqiq ölçməmişəm, deyirlərsə, elə olar. Ümumiyyətlə, ürəkdən sevməmişəm, heç ilk məhəbbətim də yadımda deyil, olsaydı xatırlayardım. Sinifdə, universitetdə qızlar sevgidən, oğlandan danışanda mənim acığım gəlirdi. Uzaq olmuşam belə şeylərdən (gülür). Uşağlıqdan tanındığım üçün böyüdükcə aldanmaqdan və yanılmaqdan qorxmuşam. Odur ki, oğlanlarla çox da səmimi olmamışam (gülür).
- İdeal həyat yoldaşını necə görürsünüz?
- Bilirəm ki, ideal insan yoxdur. Odur ki, onun qəlbimə, ruhuma yaxın olub mənimlə ümumi dil tapması kifayət edərdi. Əlbəttə ki, bir kişi kimi ailəsinə dəyər verməsi, ailə ehtiyaclarını ödəməsi, qarşılıqlı hörmət, əsl kişi xasiyyətli, sözü bir dəfə deməsi, dediyi sözə əməl etməsi, zarafatcıl olması zəruridir (gülür). Ümumiyyətlə, belə şeylərdə çox tələbkaram, hər oğlan tab gətirə bilməz (gülür). Elə onun üçün də tək qalmağı daha xoş bilirəm (gülür). Necə deyərlər, “qulağım dincdir” (gülür). Amma ümüdvaram ki, dincliyim uzun sürməz, hər şeyin öz vaxtı var.
- Deyə bilərsinizmi, nə kimi işlər üzərində işləyirsiniz?
- Yaxınlarda Gövhər Həsənzadənin “Bu cür sevdim” mahnısına klip çəkdirməyi planlaşdırıram. Eyni zamanda Vüsalə Hikmətin “Xəbəri yox” mahnısını oranjeman etdirirəm. Hazır olan kimi onu da klip halında təqdim etmək fikrim var, yəqin ki, gələn ay olar. Onu da qeyd edim ki, ötən işlərim kimi, bu işlərim də dostlar tərəfindən təmənnasız olacaq. Xöşbəxtəm ki, bu cür dostlarım var.
Əli Novruzəliyev
Milli.Az

0 коммент.:
Post a Comment