Şölə Səfərəliyeva 17 may tarixində, Day.Az radiosunun yeni layihəsi olan,
"Start" verilişinin ilk qonağı oldu. Veriliş bir saat ərzində,
Ülviyyə Ağayevanın təqdimatında, canlı olaraq yayımlanıb. Şölə veriliş zamanı
uşaqlığından,yaradıcılığa atdığı ilk addımlardan, "Bəri Bax" və
"Qaya" qruplarındakı fəaliyyətindən,eyni zamanda planlarından
danışıb. Müğənni Azərbaycan şou-biznesində rəğbət
bəslədiyi şəxsin adını da açıqlayıb.
Zülfiyyə Xanbabayevanı hədsiz bəyəndiyini söyləyən
Səfərəliyeva, şəxsi həyatı barədə də sualları cavablandırıb. Hələ ki həyatında
kimsənin olmadığını qeyd edən sənətçi, gələcəkdə seçim qarşısında qalarsa ailə
həyatına üstünlük verəcəyinə də işarə edib. Veriliş zamanı söz və musiqisi
Şöləyə aid olan "Aldatma məni" və digər ifaları da səsləndirilib.Sizə
verilişin podkast versiyasını təqdim edirik.
0 коммент.:
Post a Comment